Eurovision

Dihaj: ‘Tipik Eurovision təmsilçisi deyiləm’

Dihaj
1.24Kviews

Diana Hacıyeva, ya da səhnə adı ilə Dihaj, Avroviziya müxbirlərinə kiçik bir müsahibə verib.

Ölkəmizin nümayəndəsi Dihaj və mahnısı “Skeletons”, addım-addım müsabiqəyə hazırlaşır. Yeraltı musiqi sektoru ilə 2014-cü ildə təhsil aldığı London Müasir Musiqi İnstitutunda tanış olan Dihaj, musiqi tərzini “eksperimental doom pop” olaraq adlandırdığını Eurovision üçün verdiyi kiçik müsahibədə bildirib. Tənqidçilər Dihajın musiqi janrındakı orijinallığa və atmosferik vokallarına heyran qalmış vəziyyətdədirlər.

“Mahnımın ən maraqlı cəhəti fərqli olmasıdır; Yüngül provokatif adından, səhnədə edəcəyim işlərimə qədər. Eurovision tamaşaçısına sübut etmək istədiyim şey; Nə qədər fərqli və ya alternativ olursan ol, bütün dünyaya özünü çatdırmalısan.” – deyən Dihaj, “Tipik bir Eurovision təmsilçisi olmadığımı bilirəm” deyə də əlavə edib:

“Mənə görə Eurovision dünyada yeni tamaşaçılara çatmaq üçün bir yoldur. Əgər özünü peşəkar kimi inkişaf etdirmək istəyirsənsə, birbaşa bu tamaşaçıya müraciət etməyi və bu təcrübəni öyrənməyi rədd edə bilmərsən.” deyə bildirib.

Xatırladaq ki, Dihaj mayın 9-də keçiriləcək 1-ci yarımfinalda çıxış edəcək.