Məşhur brendlərin loqosunda olan gizli mesajlar!
Markaların loqoları heç də göründükləri kimi deyil. Həm gözdən qaçan detallar həm də gizli mesajlar və simvollar daşıyırlar. Bunlardan bir neçəsi aşağıdakı siyahıda yerləşdirilmişdir:
1-Baskin Robins
Məşhur dondurma markasının loqosunun ən diqqətçəkən yeri “BR” qismidir. Daha diqqətlə baxsanız bu hissədəki çəhrayı rəngli hissələr “31” sayını göstərir.
2-VAIO
Loqo gözəl görünür, ancaq mənası nədir? “VA” qismi analoji simvolu, “IO” qismi isə “binary” kodu təmsil edən 1 və 0 rəqəmlərindən ibarətdir.
3-Amazaon
Amazon loqosu gülən bir sifət sayılır, ancaq daha diqqətlə baxsanız “a-dan z-yə” gedən bir ox var. Yəni “bizim mağazamızda hər şeyi tapa bilərsiniz” mesajını verir.
4-Tostitos
Çips ortasındakı iki “T” hərfi, bir çipsi bölüşən iki nəfəri göstərir.
5-IBM
IBM-in cizgiləri, əslində “=” işarəsi kimi görünür. Bu işarələr bərabərliyi qeyd edir.
6-McDonalds
Mc donaldsın rəmzi, bir psixoloq tərəfindən planlaşdırıb. Bu psixoloq, “müştərilər qızılı hissələri görəndə əslində ağlında bir cüt qadın sinəsi görəcəklər” düşüncəsindən hərəkət edib.
7-Toyota
Toyotanın simvolu daha mənalı, şirkətin prinsiplərini təmsil edir. İlk halqa müştərinin qəlbini, ikincisi məhsulun qəlbini, üçüncüsü isə texnologiya sahəsindəki inkişafı əks edir.
8-Wendys
Loqodakı qızın köynək yaxasına baxsanız “MOM” yazısını görəcəksiniz. İngilis dilində, “ana” deməkdir. “Ana əli dəymiş kimi”nin fərqli bir versiyadır.
9-Bronx Heyvanat Parkı
Zürafələrin ayaqlarının arasına baxsanız, ağ fonun əslində göydələnlər şəklində olduğunu görəcəksiniz. Bu da heyvanat parkının Nyu-yorkda olmasını təmsil edir.
10-FedEx
Fedex loqosunda, “Fed” hissəsindəki “e” hərfinin alt hissəsi bir açar şəklindədir. “Ex” hissəsində isə “E” və “x” in arasında bir ox var. Bunlar, firmanın daim gələcəyi düşündüyünü ifadə edir.
11-Presbiteryen Kilsəsi
Bu da içində gizli mesajlar olan bir loqodur. Loqoda kilsəni təmsil edən simvollar gizlidir. Xaç, kürsü, göyərçin, balıq, şərab qədəhi, atəş, kitab və müqəddəs üçləmə.
12-NBC
Hər kəs bu loqonun bir tovuzquşuna bənzədiyini görə bilər. Ancaq rənglərin təmsil etdiyi şey, 1950-ci ilərdə ilk dəfə rəngli televizorlar bazara çıxanda, NBC ağ-qara televiziyanı təzələmək istəməyənlərin nələri qaçırdığını göstərmək məqsədilə atdığı addımdır.