İnternetMobil

Whatsapp’da onlayn olmadan mesajları oxumaq mümkündür

1.27Kviews

Kiçik bir hiylə sayəsində Whatsappda onlayn olmadan və mavi xəttləri göndərmədən gələn mesajları oxumaq mümkündür.

Ən çox üstünlük verilən mesajlaşma tətbiqi Whatsapp, istifadəçilərə bəzən çətin anlar yaşadır. Əlbəttə, milyonlarla insanın şikayəti ilə son görülmə vaxtının tarix və saatı əsaslı şəkildə sistemdə göstərilir. Bunu bağlamaq əlbəttə ki, mümkündür, ancaq bu dəfə siz də qarşı tərəfin ən son nə vaxt Whatsappa girdiyini, mesajınızın oxunduğunu görə bilmirsiniz.

Tam bu məqamda istifadə edə biləcəyiniz bir ipucu var;

Təyyarə rejimini açın.

Whatsapp
Mesaj gələndə telefonunuzu birbaşa təyyarə rejiminə keçirin. Beləliklə, həm operatorunuzun verdiyi məlumat əlaqəsi passiv hala gələcək, həm də kabelsiz əlaqə xüsusiyyətləri deaktiv olacaq. Həm Android həm də IOS-da bu prosesi birbaşa nəzarət panelləri üzərindən həyata keçirə bilərsiniz.

Whatsappa girin və mesajı oxuyun.
Whatsapp
Sonra Whatsappa girin və gələn mesajı oxuyun. Bu prosesdə hər hansı bir məlumat əlaqəsi olmadığı üçün qarşı tərəfə mesajın oxunduğuna dair “mavi işarə” göndərilməyəcək.

Ardından Whatsapp tətbiqini bağlayın və təyyarə rejimini deaktiv edin. Təyyarə rejimini bağladıqdan sonra kabelsiz şəbəkə və ya 3g / 4g xidmətlərini işə saldıqda mesajınız oxunmamış kimi görünməyə davam edəcək.

Bu sayədə Whatsappda onlayn olmadan gələn məktubları asanca oxuya bilərsiniz.