Məşhurlar

Boşanma prosesindəki Ancelina Jolie və Bred Pitdən ilk birgə açıqlama

Ancelina Jolie və Bred Pitt
683views

ABŞlı aktyorlar Ancelina Jolie və Bred Pitt, boşanma işlərini məxfilik içərisində aparacaq.

Ancelina Jolie və Bred Pitt, şiddətli yolagetməzlik səbəbindən boşanma qərarı aldıqları 15 sentyabrdan bu yana ilk dəfə birgə bəyanat veriblər. Jolie və Pitt, Associated Press (AP) xəbər agentliyinə göndərdikləri birgə bəyanatda xüsusi hakim köməyi ilə boşanma iddialarının detallarını gizli saxlamaq qərarı aldıqlarını bildiriblər.

Bəyanatda, “Tərəflər və vəkilləri, bütün məhkəmə sənədlərini gizli saxlayaraq və hüquqi qərarları vermək üçün xüsusi hakimə tapşıraraq uşaqlarının və ailələrinin məxfilik hüququnu gizli tutacaqlarına, problemlərin sürətli həllini göstərəcəklərinə dair saziş imzalamışlar” ifadələri istifadə edilir.

Cütlüyün uşaqlarının boşanma prosesini keçməsi və ailənin müəyyən günlərdə bir araya gəlməsi məsələsində birlikdə hərəkət etmə mövzusunda da razı qaldığı qeyd olunub. Təxminən 10 illik münasibətlərindən sonra 2014-də evlənən cütlük boşanma mərhələsində 3ü bioloji 3ü övladlıq olmaqla 6 uşaqlarının vilayəti məsələsində problem yaşayırdı. Pitt, məhkəməyə təqdim etdiyi boşanma ərizəsində birgə vilayət tələb etmişdi. Jolienin vəkili, etdiyi açıqlamada, cütlüyün 8 ilə 15 yaşlarındakı uşaqların vilayətinin anada qalması və Pitt də ailə terapiyalarına davam etməsi məsələsində müvəqqəti razılığa gəlindiyini açıqlamışdı. Digər tərəfdən, Los Anceles Uşaq və Ailə Xidmətləri, Pitt sentyabr ayında bir uçuş zamanı 15 yaşlı oğluna zor tətbiq etdiyi iddiaları ilə bağlı istintaq başlatmışdı. Rəsmi şəxslər, həyat yoldaşı Jolie ilə boşanma prosesindəki məşhur aktyorun uşaqlarına qarşı şifahi və fiziki zorakılıq tətbiq etdiyinə dair hər hansı bir dəlil olmadığını bildirmişdi.