Dəb & Tərz

Miss Helsinki 2017 gözəlinə qarşı irqçi davranışlar mübahisə yaradıb

Sephora Ikabala
941views

Miss Helsinki 2017 gözəlinə qarşı irqçi davranışlar mübahisə yaradıb.

Finlandiyanın paytaxtı Helsinkidə final mərhələsi keçirilən Miss Helsinki 2017 gözəllik müsabiqəsində birinci seçilən Nigeriya əsilli Sephora Ikalabanın qalibiyyəti irqçi şərhlərə səbəb olub.

Başda Finlandiya olmaq üzrə bütün dünyadan sosial media istifadəçiləri Ikalabanın birinci olmasını müzakirə edərkən, irqçi fikirlər söyləyiblər. Məsələn, Bond adlı bir istifadəçi Ikabalanın və digər bir finalçıların fotosunu bölüşərək, “Ortadakı çirkin qız Miss Helsinki 2017-nin birincisi Sephora Ikabaladır. Avropalıların Avropalılara qarşı irqçiliyi bir qaydadır. #İşğalı dayandırın” ifadələrini istifadə edib.

Digər tərəfdən, Ikabalayı dəstəkləyən tərəflər də ağlara qarşı belə bir mövqedə olub. Wonderlvnds, “Gözəl Sephora Ikabala, Miss Helsinkidəki qalibiyyətinə görə səni təbrik edirəm. Ağlar ağlını itirməyə davam edə bilərlər” şərhində olub.

https://twitter.com/wonder_lvnds/status/817831650805645313