Sənət

Birlikdəliyə çağırış hekayəsi: Color of Reality – Gerçəyin rəngi

733views

“İnsanlar bir çox şeyi öyrənmişlər. Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi. Lakin çox sadə bir şeyi, qardaş kimi yaşamağı öyrənə bilməmişlər. ” – Martin Luther King.

Yeni bir səhərə oyandığımız hər gün əslində dünyanın tam fərqli yerlərində günahsız insanların ayrıseçkiliyə, ölümə, şiddətə gözünü açdığı bir gündür. Hər kəsin günü aydın başlaya bilsin deyə, hər kəs fərqində olsun deyə Jon Boogz bir hekayə izah etməyə qərar verib.

gercegin-rengi

Birlikdəliyə çağırış hekayəsi: Color of Reality – Gerçəyin Rəngi adlı qısa film xüsusilə son zamanlarda mətbuatda daha çox yer alan zəncilərə qarşı polis şiddəti timsalında bütün ayrı seçkiliklərə, şiddətə və ölümlərə dur demək adına izah edilən bir hekayədir. Color of Reality bu mesajı çatdırarkən sənəti və performansı birləşdirir.