Həbsxanadaykən cinayət qeydində iştirak edən fotoşəkilin dünya səviyyəsində maraq yaratması sayəsində ‘ən seksual məhkum’ olaraq səslənilən ABŞlı köhnə məhkum Jeremy Meeks, New York Moda Həftəsində podiuma çıxdı.
Keçən il hələ həbsxanadan çıxmadan bir şirkətlə modellik razılaşmasına imza atan Meeks, New York Moda həftəsi çərçivəsində reallaşan Philipp Plein nümayişində iştirak edib.
Jeremy Meeks: El #preso más guapo del mundo’ debuta en la pasarela de Nueva York https://t.co/382nlovQmB #Moda vía @elpais pic.twitter.com/DXk3at88Fn
— Mabel Sánchez Ortego (@msanchezortego) February 14, 2017
‘Dünyanın ən seksual məhkumu’nun iştirak etdiyi nümayişdə izləyənlər arasında Paris Hilton, Tyga, Madonna və Kylie Jenner kimi məşhur simalar da var idi.
"Ex-Braqueur" et pas que… #JeremyMeeks fait craquer #Madonna #KylieJenner toujours avide sensation fortes…! https://t.co/j4FAQ5rRlP pic.twitter.com/vYThd6Nqr6
— Marc Anilton (@MarcAnilton) February 14, 2017
Qeyri-qanuni silah və sursat saxlamaq cinayəti ilə 27 ay həbsə məhkum olan Meeks, həbs olunarkən çəkilmiş olan fotoşəkilinin 2014-cü ildə Kaliforniyadakı bir polis müəssisəsinin Facebook səhifəsində nəşri ilə tanınmışdı. Qısa müddətdə 100 min dəfə paylaşılan fotoşəkil, 20 minin üzərində də şərh yığmışdı.
Evli və 3 uşaq atası olan Meeks, cəzasının sona çatmasıyla birlikdə, Mart 2016-da azad edilmişdi. Köhnə məhkum, podyumların yanında, ictimai mediadakı paylaşımları üzərindən də heyranları tərəfindən təqib edilir.
https://www.instagram.com/p/BOdziuqhXLn/