MaraqlıSəyahət

Maçu Pikçu | İnklərin itirilmiş şəhəri

Maçu Pikçu
3.99Kviews

Maçu Pikçu (Machu Pikchu – Qoca Zirvə) — Antik İnk şəhəri.

Bəzən “inklərin itirilmiş şəhəri” də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.
Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik XV əsrin 50-ci illərində son ink imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə İnklər çiçək xəstəliyi epidemiyası səbəbi ilə ərazi tərk etmişlər.

Maçu Pikçu

İspanların İnk imperiyasını ələ keçirmələrindən sonra şəhər üç yüz il ərzində “itkin” olaraq qalmış və 1911-ci ildə Hiram Bingham tərəfindən təkrar tapılmışdır. Şəhər dağın tamamilə yüksək hissəsində yerləşir, hazırkı müasir Perunun Urubambı çayından 2057 metr hündürlükdədir. Maçu–Pikçu ərazi baxımından böyük şəhər deyil, 200 hissədən təşkil edilmişdir. Əsasən bu məbədlərin daxilində iqamətgahlar, xüsusi anbarlar və yaşayış üçün nəzərdə tutulmuş digər ünsürlər vardır. Bunların çox hissəsi əla növdə hazırlanmış daşlardan ibarətdir və bir – birləri ilə piltəlrə vasitəsilə birləşdirilmişdir. Düşünülür ki, burada və şəhərin ətrafında 1200 nəfər yaşamışdır. Onlar Günəş allahı İntiyə sitayiş edərək, terraslarda kənd təssərrüfatı ilə məşğul olmuşlar.

Maçu Pikçu

400 ildən artıq müddətdə bu şəhər unudulmuş və düzənliyə çevrilmişdir. Buranı Yelsk Universitetinin amerikan tədqiqçisi professor Hayrem Binqher 24 iyul 1911-ci ildə aşkar etmişdir. Bura gələrkən onun yanında dövlətin təyin etdiyi xüsusi müdafiəçilər olmuşdur və yerli sakinlərdən balaca oğlanın bələdçiliyi ilə kəndliləri tapmışdır. Yerli insanların dediklərinə əsaslansaq görünür ki, onlar burada azadlıq, sülh və təhlükəsizlik içərisində yaşayırmış. Həmçinin müxtəlif daşların üzərində də çoxsaylı yazılara rast gəlinmişdir.

Maçu Pikçu

Maçu–Pikçu çətin bir quruluşa malikdir. Şimal-şərqdə saray kompleksinin tikilmə prosesi öyrənilir. Burada daşlar o dərəcədə gözəl hazırlanmışdır ki, insan baxarkən düşünür ki, yəqin burada əyanlar və yüksək rütbə sahibləri yaşamışdır.
Qərb hissədə səcdəgahla birlikdə baş məbəd vardır və bura qurbanlar üçün nəzərdə tutulmuşdur. Onun qarşısında yaşayışı evləri və iki mərtəbəli evlər vardır. Onların arasında labirint kimi ensiz pillələr və yollar vardır. Bunların bəziləri heç bilinməyən divarlarla və terraslarla üzləşir. İspanlar bütün bunlara baxmayaraq Maçu–Pikçuya gəlməyi bacarmışlar. Bu şəhər məhv edilməmişdir. Lakin biz şəhər haqqında çox az məlumat əldə etmişik. İndiyə kimi sual olunur ki, nəyə görə inklər dövlətin mərkəzindən kənarda, 2450 metr yüksəklikdə şəhər salmaq qərarına gəlmişlər? Bizə isə nə yaşayan əhalinin sayı, nə də şəhərin əsl adı məlumdur.

Maçu Pikçu

Tarixçilərin araşdırmalarına görə Maçu Piççunun zəngin xəzinələri 140 ildən çox bundan əvvəl bir alman tərəfindən qarət edilmişdir.
Alimlərin fərz etdiyinə görə, Peruda qızıl və ağac alveri ilə məşğul olan Avqusto Berns adlı bir alman tarixçisi 1867-ci ildə o vaxtkı Peru hökmdarlarının icazəsi ilə şəhərciyin yerşədiyi təpədə özünə biznes quraraq misilsiz xəzinələri qazıb üzərə çıxararaq Avropa muzeylərinə və şəxsi kolleksiyalara satırmış.

Maçu Pikçu, 2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri hesab olunmuşdur.