Sağlamlıq

Bir ay ərzində sağlam arıqlayın | Effektiv təlimat

865views

Arıqlamaq istəyirsinizsə, ağır məşqləri və ciddi pəhrizləri unudun. Bizim orqanizm – cüzi dəyişikliklərə tez reaksiya verən, çox çevik sistemdir. Yəni, artıq çəkidən qurtulmaq heç də çətin deyil.

30 gün ərzində arıqlamaq üçün 5 əsas qaydaya əməl etsəniz, istədiyiniz nəticəni əldə edəcəksiniz.

 

1.Gündə çay, qəhəvə, məyvə şirəsi, içməli yoqurtlardan əlavə 1.5-2 litr su için.

Hər səhər günə ac qarına 1 stakan təmiz su ilə başlayın. Kiçik butulkada suyu özünüzlə işə, dərsə aparın. Bir müddət sonra su içməyə adət alacaqsınız.
Suyu yeməkdən ən azı 1 saat sonra içməlisiniz.

 

2.Yemək rasiyonunuzdan qızardılmış, yağlı, xəmir yeməklərini, fast-food, şirniyyatı çıxarın.

xud3

Bütün bunları şorbalar, salatlar, məyvə və tərəvəzlə əvəz etmək məqsədə uyğundur. Əgər şirniyyat olmasa “qüssə, kədər çəkərəm” deyirsinizsə, bir parça acı şokolad yeyin (bəli, acı! Çünki südlü şokoladlara daha çox şəkər əlavə olunur). Evə ərzaq almağa isə yalnız və yalnız tox qarına gedin. Əks halda iştahanız sizi yoldan çıxaracaq.

 

3.Səhər yeməyi, nahar və şam yeməyi hər gün eyni vaxtda yeyilməlidir.

xud3

Səhər, nahar və axşam yeməkləri arasında mütləq yüngül yemək yeyin: yağsız pendir, meyvə-tərəvəz, quru meyvə, protein batonu, evdə hazırladığınız yoqurt və s. Beləliklə, özünüzü yüngül tox hiss etsəniz, orqanizm də əlavə yağ toplamaq üçün “təşvişə” düşməz.

Həftədə 1 kiloqram – düzgün arıqlamağın sirridir. Yəni ayda 4 kiloqram. Bəli, çəkini tələsmədən itirəcəksiniz. Bu üsulla itirdiyiniz çəkini bərpa etmək də orqanizm üçün asan olmur. “Arıqladığım qədər kökələrəm” qorxusundan azad olursunuz.

 

4.Hərəkət edin.

xud4

Əgər xüsusi klublarda idmanla məşğul ola bilmirsinizsə, daha çox gəzin. İşə gedərkən, evə qayıdarkən dayanacağa çatmamış düşün, piyada gəzin, gün aşırı idman hərəkətləri edin. Oturaq işlə məşğulsunuzsa, hər 30-40 dəqiqədən bir qalxın, ofisdə gəzinin. Siz hərəkət etdikcə, orqanizm artıq ehtiyatlardan qurtulur və oksigenlə zənginləşir.

 

5.Arıqladığınızı unudun.

Özünüzə “arıqlamıram, sağlam həyat tərzində yaşayıram” deyin. Yalnız bu zaman aldığınız nəticə sizi məmnun edəcək. Müəyyən müddət sonra arıqlamaq üçün əməl etdiyiniz bu sadə üsullar həqiqətən də həyat tərzinizə çevriləcək.

 

Arıqlamaq düşündüyünüz qədər çətin deyil, amma fast food və şirniyyatdan imtina etmək sizə çətin görünə bilər.  Bəzən hamburger, “fry” kartof, şokolad və dadlı kökələr rasiyonumuzda həddsiz çoxluq təşkil edir. Bu cür yeməklərin miqdarını azaltsanız, əslində onları yeməməyin heç də çətin olmadığını görərsiniz.