Məşhurlar

Ben Affleck: “Oscar’ı alan ilk iki qardaş olaraq tarixə keçə bilərik”

yaaz.az Ben Affleck & Casey Affleck
743views

Ben Affleck qonaq olduğu Jimmy Kimmel Show’da özü kimi aktyor olan qardaşı Casey Affleck haqqında maraqlı açıqlamalar edib.

Son filmi “Manchester by the Sea” filmiylə Qızıl Qlobus mükafatlarında “dram kateqoriyasında ən yaxşı kişi aktyor” mükafatını qazanan və Oscara da namizəd olmağı gözlənilən qardaşı Casey Affleck haqqında danışan məşhur ulduz, zarafatla qardaşının bir neçə mənfi tərəflərindən danışıb.

Ben Affleck, “Casey Oscara namizəd ola bilər. Və əgər qazansa bu mükafatı alan ilk iki qardaş olaraq tarixə keçə bilərik. Ancaq tək bu deyil. Qazansa 10-14 yaşları arasında dişlərini fırçalamayan biri ilk dəfə Oscar mükafatı alacaq. Bundan əlavə Kəpənəklərdən qorxan bir insan ilk dəfə Oscar alacaq ” deyə zarafatla bildirib.

yaaz.az Ben Affleck & Casey Affleck

Ben Affleck əlavə olaraq, ” Bəlkə də böyük qardaşına ‘Gələcəyə qayıdış filmi doğrudurmu? ‘ deyə soruşan bir insan ilk dəfə Oscar mükafatını qazanacaq” deyə söyləyib.