Hava Proqnozu

13 yanvarda gözlənilən hava şəraiti

13 yanvar hava haqqinda
648views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman  olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 2-7  dərəcə isti olacaq.