927
Windows 10 istifadəçiləri artıq Instagram tətbiqindən kompüter ekranı arxasında da yararlana biləcəklər. Lakin kompüter versiyasının funksionallığı mobil versiya ilə heç müqayisə belə olunmur.
Şəkillərə baxa, profilinizə daxil ola, ayarları dəyişə, mesaj qəbul edə bilərsiniz. Veb versiyadan fərqli olaraq bu versiya fotolarınızı Facebook hesabınızda da paylaşa bilmə imkanı yaradır.
Amma proqramın özündə foto paylaşma funksiyası bir az problemlidir: fotoları yalnız sensor ekranlı və kameralı kompüterlərdən paylaşa bilərsiniz.
Proqramın interfeysi də kompüter ekranları üçün yaxşı uyğunlaşdırılmayıb. Lakin yaxın gələcəkdə problemlərin aradan qaldırılacağı gözlənilir.
add a comment