Gündəm

Apple’a 13 milyard euro vergi cəzası

919views

Avropa Birliyinin yaratdığı Komisiya, Apple ilə bağlı 3 ildir araşdırdığı vergidən yayınma istintaqında nəhayət son qərarı verib.

1991 və 2007-ci illəri arasında, Apple şirkətinin vergi ödəmələrindəki hesabları incələyən A.B. Komisiyası, Apple’ın İrlandiya dövlətinə 13 milyard Euro vergi cəzası ödəməsini tələb edib.

Apple’ın, İrlandiya dövləti ilə şəxsi razılaşmalar həyata keçirdərək, ölkədəki şirkətləri vasitəsi ilə, gərəkli olan vergidən daha azını ödəyərək, qanunsuzluğa yol verdiyi iddia edilir.

Apple CEO’su Tim Cook isə şirkətə qarşı olan mühakimələri qəbul etmir və İrlandiya dövlətinə olan vergi borclarını, yayınmadan,tamamını ödədiklərini bildirir.