Maraqlı

Alman-fransız-italyan əsilli “transgender” yazarın hekayəsi

829views

Liam Klenk alman-fransız-italyan əsilli yazardı. Biznes və təbii elmlər üzrə təhsil alıb. Liam “Paralian. Not just transgender” (Paralian – qədim yunan dilindən tərcümədə dənizin sahilində yaşayan adam deməkdir.) kitabında dənizlərdə və həyatda qətt etdiyi yoldan bəhs edir. O, 1971ci il qız bədənində dünyaya gəlib. Anasının əlindən alınıb, uşaqlar evinə gətirilən Liamı alman bir ailə övladlığa götürüb. Liam Klenk 22 yaşında cinsiyyət dəyişmə əməliyyatından keçir.

Müəllifin “Paralian. Not just transgender” kitabından bir hissə:

“Yeniyetməlik dövründə özümü itkilər vermiş ordu kimi hiss etməyə başladım. Yavaş-yavaş ağır depressiyaya düşürdüm. Valideyinlərim mənə kömək etmək üçün heç nə etmirdilər. Heç bir şansım olmasa da, bütün maneələri aradan qaldırmalıydım. Tədricən evdəki stress də daxili problərimin üzərinə yükləndi. İntihar haqda düşünürdüm. Amma yaşamaq istəyim bütün intihar cəhdlərimə qalib gəlirdi. Qərar qəbul etməliydim və mən cəsarətli olmağı seçdim. Hər yeni problemlə üzləşdiyim zaman, qaçmağı yox, müqavimət göstərməyi yox, cəsarətlə qəbul etməyi seçdim. Bu seçimi qəbul edib həyata keçirmək asan deyildi, ona görə də həyatımın hər mərhələsində bu seçimi dəfələrlə etmişəm. Bu şablon fikir kimi səslənə bilər, ama çıxış yolu hər zaman var, mütləq var. Həyat yolumuza keçilməz dağ silsilələri düzsə də, gözəldir. Biz önə getməliyik, o dağları aşana qədər getməliyik. Bizim o yolu dəfələrlə aşa biləcək gücümüz var. Həyatın bizə təklif etdiyi yol boyunca, yaşadığımız xoşbəxt anları nə əvəz edə bilər ki?”

Liamın keçdiyi yol:

1 1972 – 1 yaşım

21973 – kiçik qız kimi görünən – oğlan

31978

41982 – itim Kora ilə evdə

51985 – nənəmlə

61990 – ali məktəbdən məzuniyyət

71995 – əməliyyatdan 1 ay öncə

81998

9

2001 – Sami ilə Sürix gözlündə

102002

112004 – təbii elmləri öyrənərkən

122006

wwww2009

142013 – Hon Kongda məzuniyyət

15

“Özünüzə qarşı dürüst olun. Siz kim olduğunuzu hər kəsdən daha yaxşı bilirsiz.”