Tennis

Andy Murray Kei Nishikori səddini keçə bilmədi

758views

“Amerika Açıq” tennis turnirində 1/4 final oyunlarına yekun vuruldu. Reytinqdə 2-ci olan Andy Murray yarım finala keçə bilməyib. Onun qarşısını yapon Kei Nishikori alıb. Gərgin keçən matçda Murray ilk setdə 6:1 qələbə ilə uğurlu başlasa da Nishikori 2-ci setdə 6:4 hesabı ilə qələbə qazanıb. 3-cü setdə Britaniyalı yenidən 6:4 qələbə qazanaraq önə keçsə də digər 2 setdə oyunu öz xeyirinə çevirə bilən Nishikori 6:1 və 7:5 hesabı ilə qələbə qazanaraq yekunda 3:2 hesabı ilə yarım finala adlayıb. Onun bu mərhələdə rəqibi Del Potronu məğlub edən Stanislas Wawrinka olacaq.

Qadınların yarışında isə Selena Williams çətin keçən mübarizənin ardından yarım finala keçməyi bacarıb. Yarımfinalda baş tutacaq görüşlər bunlardır:

Kişilərin yarışı

tennis-1

Qadınların yarışı

tennis-2

Elnur Cəfərov
idman xəbərləri yazarı