Futbol

Messi əməliyyat oluna bilər

893views

“MARCA” qəzetinin verdiyi xəbərə görə Barcelonanın və Argentina millisinin hücumçusu Lionel Messi çox güman ki, əməliyyat olunacaq. Müalicə tədbirləri heç bir əhəmiyyət vermir.

Lionel Messi Uruqvay ilə oyundan sonra qasıq və bud əzələlərinin bitməyən ağrısı səbəbindən milli komandanın düşərgəsini tərk edərək İspaniyaya qayıdıb. Həkimlər tərəfindən müalicə üçün 4 variant düşünülmüşdü. Artıq onların 2-si uğursuz nəticələnib. 3-cü variant isə uzunmüddətli istirahətdir, lakin, bu Barcelonaya sərf etmir. Ona görə də son variant olaraq çox güman ki, Messini əməliyyat gözləyir.

Elnur Cəfərov
idman xəbərləri yazarı