Futbol

Almaniya Bundesliqası: Bavariya çempionata darımadağınla başlayır

643views

Dünən Almaniya Bundesliqasının yeni mövsümünə start verilib. Son illərin dəyişilməz çempionu Bavariya ilk turda Allinz Arenada Werder Bremeni qəbul edirdi. Ötən mövsümü 13-cü sırada başa vuran “Musiqiçilər” bu mövsümə də uğursuz start verdilər. Oyunun ilk 15 dəqiqəsində artıq Bavariya 2-0 öndə idi.9-cu dəqiqədə Xabi Alonso, 13-cü dəqiqədə isə Lewandowski fərqləniblər. İlk hissə bu hesabla başa çatıb.2ci hissədə isə Lewandowski daha 2 qol vuraraq hat-trick edib. Digər 2 qolu isə Ribery və Lahm vurub. Oyun Bavariyanın 6-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun icmalını sizə təqdim edirik.

Elnur Cəfərov
idman xəbərləri yazarı