Futbol

Türkiyə Super Liqası: Alanyaspor geri dönüş etdi, Beşiktaş Konyada xal itirdi

909views

Türkiyə Super Liqasında 2ci turun oyunlarına start verilib.Bu sezon Super Liqaya vəsiqə qazanan Alanyaspor Antalyaspor ilə qarşılaşmada 1-ci hissədə hesabda geri olmasına baxmayaraq, 2-ci yarıda geri dönüş edərək 3 xalı qazanan tərəf oldu.Beşiktaş isə Konya Büyükşehir Torku Arenada Konyasporun qonağı idi. Son çempion bu oyunda xal itirdi.Konyada Bajicin 2 qoluna Beşiktaşda Olcay Şahan və Cenk Tosun cavab verib. 2ci turun digər oyunlarını sizə təqdim edirik:

26 Avqust

Alanyaspor-Antalyaspor 2:1

Konyaspor-Beşiktaş 2:2

27 Avqust

Kasımpaşa-Adanaspor

Akhisar Genclik Spor-Galatasaray

Gaziantepspor-Trabzonspor

28 Avqust

Bursaspor-Başakşehir

Karabükspor-Rizespor

Fenerbahçe-Kayserispor

Osmanlıspor-Gençlerbirliği

Elnur Cəfərov
idman xəbərləri yazarı