Dəb & TərzMaraqlı

Ağ ləkələr çoxlarını qorxutsa da bu gəncin həyatında sənətə çevrilib

Ash Soto 2017
1.32Kviews

Ash Soto 12 yaşında ikən Vitiligoya (ağ ləkə xəstəliyi) diaqnozu qoyulur. Vaxt ötdükcə ləkələrin artması artıq balaca qızı narahat etməyə başlayır.

Ancaq yetginlik yaşına çatan Ash Soto yavaş-yavaş ləkələrin onda yaratdığı kopleksdən uzaqlaşmağa başlayır. Hətda bu onu daha da cəsarətləndirir. 21 yaşında, həyatının bir parçası olan ləkələrin pərdənin digər tərəfində qalmasına razı ola bilmir və onu bir sənətə çevirmək qərarına gəlir.

Daily Mail’a müsahibə verən gənc qız, ” Əslində vitiligoyanın fərqliliyini və gözəllliyini biraz gec hiss etdim. Bu şəkildə bədənimi fərqli şəkildə göstərmək imkanı əldə edirəm” deyə bildirib.

Bədənini Vincent Van Gogh’un ‘Starry Night’ əsəri də daxil olmaqla bir çox sənət əsərinə çevirən Ash Soto, bu şəkildə daha gözəl görüntü əldə etdiyini və kütlə tərəfindən daha xoş qəbul edildiyini bildirib.