Dünya

Alman səlahiyyətlilərdən çağırış: ‘Kilsə divarına idrarınızı etməyin, bina zərər görür.’

746views

Alman səlahiyyətlilərdən çağırış: Kilsə divarına idrarınızı etməyin, bina zərər görür.

Almaniyanın Ulm şəhərindəki yerli vəzifəlilər, kilsə binasının təməlinin sidikdəki duz səbəbiylə zərər gördüyünü ifadə edən çağırışında olublar. Dünyanın ən uzun qülləsinə sahib kilsənin daş təməli, sidikdəki duz və turşular səbəbiylə dağılmağa başlayıb.

Ulm Bələdiyyəsi, kilsə divarını isladanlara verilən cəzanı iki qatına qədər artırıb çıxarsa da, bu da problemi həll etməyib. Kilsənin müdafiəsi üçün cavabdeh səlahiyyətli Michael Hilbert, “Bir il yarımdır ki, binaya baxıram və hələ də sidik və qusuntu ilə doludur” deyib. ‘Çiş polisi’ olmadığını söyləyən Hilbert bunun bir ‘asayiş problemi’ olduğunu vurğulayıb.

Qülləsi 161,3 metr uzunluğunda olan kilsənin yanındakı ərazinin tez-tez konsertlər üçün istifadə edildiyini ifadə edən Hilbert, təşkilatçıların pulsuz tualet xidməti verməsi lazım olduğunu söyləyib. Ulm Bələdiyyəsi spikeri isə bölgədəki polis dövriyələrinin artırıldığını və son dövrdə kimsənin kilsənin divarına idrarını edərkən tutulmadığını ifadə edib.