Mashable, 2016-cı ilə damğasını vurub, 2017-ci ili dəyişdirəcək texnoloji ixtiraları müəyyənləşdirib.
Siyahı uzun olsa da, ixtiraların hamısı faydalı, ekoloji və ümid vericidir. Məhz gələcək ilin ən iddialı ixtiraları və istifadə sahələri.
1. İnsansız hava vasitəsi ilə qida təminatı
İçi yardım materialı və yeməklərlə dolu olan Pouncer adlı drone Windhorse Aerospace tərəfindən, maşın yolu ilə yardım çatdırılması çətin olduqda istifadə edilmək üçün hazırlanıb. Üstəlik böyük bir qismi yeyilə bilən materialdan hazırlanan droneda yalnız qida materialı deyil, fəlakət hallarında da istifadə edilə bilinməsi üçün od aparmaq məqsədi ilə kontraplak bir çərçivə və çadır düzəltmək üçün istifadə ediləcək örtüklər də var.
2. Adama özəl protez
Bir ayaq protez istehsal edilməsi normalda həftələrlə davam edən uzun və bahalı bir prosesdir. Bu gün dünyada əlillərin 80%-nin protezi yoxdur. Alman şirkəti AMPARO tərəfindən hazırlanan yeni protez isə bir neçə saat içində adama xüsusi protez hazırlamağa şərait yaradır. Layihə iyunda Amerika Maşın Mühəndisləri İcad Şurasından mükafat almışdı.
3. Əmzik istifadə etməyən körpələr üçün süd qabı
Xərci yalnız 1 dollar olan bu qidalanma qabı, südü, körpənin ağzına sığan kiçik hissəyə ötürür. Nifty cup (ağıllı qab) adı verilən icad sayəsində anasını əmməyən uşaqlar qidalanır.
4. Karlara təhlükədən xəbər verən həyəcan siqnalı
Amerika Furenexo adlı şirkət karların yüksək səsləri hiss etməsini təmin edən bir cihaz icad edib. Soundsense adını daşıyan bu cihaz siqnal fiti və avtomobil siqnallarını titrəyişlə istifadəçiyə xəbər verir. Cihazın satış qiyməti 30 dollar olacaq.
5. Açıq əraziyə uyğun təkərli stul
Safariseat adı verilən üç təkərli stul, inkişaf etməmiş ölkələrdə yaşayan əlil insanlar üçün nəzərdə tutulub. Beton və asfalt yolları olmayan regionlarda istifadə edilməsi planlaşdırılan stul, köhnə velosiped parçaları istifadə edilərək istehsal edilib. Əllə idarə edilə bilən stulun istehsalına 2017-də Keniyada başlanılacaq.
6. İphone parçalama robotu
İstismar ömrü bitmiş iphone-nun bütün hissələrini, yenidən istifadə edilməsi üçün bir-bir parçalayan Liam adlı robot, beləliklə, yeni cihazların istehsalı üçün köhnə parçalardan istifadə edilməsini təmin edir. Apple tərəfindən yaradılan bu 29 qollu robot bir telefonu 11 saniyə parçalaya bilir.
7. Autizmdən əziyyət çəkənlərlə, söhbət edən oyuncaq
Leka adlı bu girdə sevimli cihaz, musiqi çalır, danışır, işıqları yanıb sönür və titrəyir. Beləliklə, tək başına vaxt keçirməsi çox çətin olan autizmli uşaqlara yardımçı olur. Xüsusi uşaqların sosial mühitdə daha aktiv rol almalarını təmin etməyi hədəfləyən cihazı fərdiləşdirmək mümkündür.