14 məşhur Hollywood aktrisası Pirelli 2017 təqvimi üçün makiyajsız çəkiliblər. Layihənin müəllifi fotoqraf Piter Lindberqdir.
Pirelli 2017 ideyası əvvəlki illərdəkindən əhəmiyyətli dərəcədə fərqlənir.
Onun məqsədi təbii gözəllik və zərifliyi göstərməkdir. “Mənim hədəfim fotoportretin yenidən mənalandırılmasıdır. Bu məqsədlə mənim üçün xüsusi əhəmiyyətli qadınları dəvət etdim. Mənim rəssam olaraq məsuliyyətim qadınları əbədi cavanlıq və mükəmməllik fetişindən azad etməkdir. Müasir cəmiyyətin irəli sürdüyü gözəllik idealı xülyadır”, – deyə fotoqraf Piter Lindberq bildirib.
Fotosessiyada Uma Turman, Nikol Kidman, Culianna Mur, Robin Rayt, Alisiya Vikander, Penelopa Krus, Şarlotta Remplinq, Runi Mara, Lyupita Nionqo, Cessika Çesteyn, Keyt Uinslet, Hele Mirren, Lea Seydu və Çjan Tszıini görmək olar. Onların hamısı makiyajsız və retuşsuz çəkiliblər.
İştirakçılar arasında MDBMİ-nin müəllimi Anastasiya İqnatova da var.