MaraqlıPsixoloji yanaşma

Həyat haqda bildiyiniz və mütləq qırmalı olduğunuz 11 mif

382views

Hər gün bildiyimiz və cəmiyyətdən qəbul etdiyimiz həqiqətlərə və faktlara inanaraq, qərar qəbul edir, həyatımızla bağlı addımlar atırıq. Lakin bu həqiqətlərin çoxusu heç də effektiv deyil, hətta mütləq qırmalı olduğumuz miflərdir.

 

1.Pul işçini həvəsləndirmək üçün ən yaxşı üsuldur
Ehtimal etmək olar ki, işçini həvəsləndirmək üçün onun maaşını artırmaq, yaxud pulla mükafatlandırmaq gərəkdir. Lakin müasir tədqiqatlar göstərir ki, bu heç də belə deyil.

Bir çox işçilər müdirin tərifini, yaxud müdriyyətin bütün ofisə pizza sifariş etməsini puldan üstün tutduqlarını etiraf ediblər. Bəli, qəribədir, lakin insan üçün işinin qiymətləndirilməsi, hər ay aldığı puldan daha önəmlidir.

 

2.Sakit təbiətli insan – xoş insandır
Qeyri-təbii sakitlik – ətrafdakılara “yaxşı insan” kimi görünmək üçün pis üsuldur. Əgər sakit təbiətli insanın təmkinli, səriştəli və güclü göründüyünü düşünürsünüzsə, səhv edirsiniz.
Sizin emosiyalarınız digərləri ilə münasibət qurmaq üçün ən yaxşı vasitədir. Hisslərinizi göstərmədiyiniz zaman, insanlar sizinlə əlaqəni itirir. Ətrafdakılar sizi bir müddət sonra hissiz, cansız, çətin adam kimi qəbul edir. Buna görə də, emosiyalarınızı göstərməkdən qorxmayın.

 

3.Məktəbdə əla qiymətlər alan – universitetdə də əla qiymətlərlə oxuyacaq
Məktəbdə göstərdiyiniz yüksək nəticənin universitdə alacağınız təhsilə çox az təsir edir. Çünki universitet proqramı məktəb proqramından xeyli fərqlənir, dərslər ağırdır, xarici (valideyn, müəllim) nəzarət yoxdur. Yəni universitetdə təhsil almaq xüsusi məsuliyyət tələb edir. Ona görə də, məktəb əlaçısından universitetdə də eyni müvəffəqiyyəti gözləmək düzgün deyil.

 

4.Nəzakətli insanlar – yaxşı insanlardır
Artıq dərəcədə nəzakətli insanlar hətta təhlükəli belə ola bilərlər. Sizə hər gün kompliment edən, yaxşı sözlər söyləməyə bəhanə axtaran insana qarşı diqqətli olun. Tədqiqatlar göstərir ki, daima gülümsəyən, yaxşılıq etməyə çalışan, hər dəqiqə kiminsə köməyinə yetişmək istəyən insanlar, əslində öz mənəvi dəyərlərindən tez üz döndərə, ətrafdakılara tez-tez yalan söyləyə bilərlər.

 

5.Karyera qurmaq iş yerini dəyişməkdən daha yaxşıdır
Valideynlərimiz karyeralarını qurmaq üçün ömür sərf ediblər. Yəni bir işdə 30-40 il çalışıblar. Müasir tendensiyalar isə bu qaydanı mifə çevirib.

Biz çalışdığımız yerdən asanlıqla çıxa, istədiyimiz digər sahədə işləyə bilərik.  Əgər çox istəsəniz işinizi dəyişə də bilərsiniz, çünki işiniz də özünü ifadə üsuludur.

 

6.Xarici görünüş vacib deyil
Baxmayaq ki, öz bədənini müsbət qavrama hərəkatı (positive-body) inkişaf edir, “realistik” gözəllik parametrlərinin təbliğatı vəziyyəti korlayır. Yəni, tədqiqatlar göstərir ki, göz oxşayan xarici görünüşə malik insanlar daha yüksək əmək haqqı alır, karyerada daha tez yüksəlir, kollektivdə onları daha çox sevirlər. Xarici görünüşünüzə fikir verməyiniz, baxımlı olmağınız, məhz elə bu səbəbdən çox vacibdir.

 

7.Qərarları tez qəbul etmək vacibdir
Əgər qərarları tez və əminliklə qəbul etməyin yaxşı xsüsiyyət olduğunu hesab edirsinizsə, yenə də yanılırsınız. Çünki tez verilmiş qərarlar adətən yanlış qərarlardır. Buna görə də, verdiyiniz qərarlara qarşı diqqətli olun, öncədən çox düşünün.

 

8.“Brainstorming” yaradıcılığı artırır
Müəyyən məsələyə dayanmadan müxtəlif həll yolları fikirləşmək – yaradıcılığı artırır deyirlər. Lakin bu da səhv yanaşmadır. Məgər mükəmməl ideyalar ağlımıza gərgin vəziyyətdə gəlir? Əlbəttə ki, yox. Səhər sakit şəkildə qəhvə içdiyiniz, duş qəbul etdiyiniz zaman ağlınıza dahiyanə fikirlər gəlir. Yaxşı ideya axtarışındasınız? Onda bu haqda düşünməyin. Həmin ideya özü sizə gərgin olmadığınız, tam rahat olduğunuz zamanda gələcək.

myths1

9.Passiv istirahət ən yaxşı istirahətdir
İstirahət günündə film, serial izləyir və yerinizdən tərpənmək istəmirsiniz, deməli siz istirahət etmirsiniz. Dünyaca məşhur psixoloq Mihaly Csikszentmihalyi passiv istirahətin ən pis istirahət olduğunu vurğulayır. Passive istirahət – sadəcə vaxt itkisidir. Film izlədiyiniz zaman, siz informasiya qəbul edirsiniz, lakin bu informasiyanı təhlil etmirsiniz, yəni beyniniz bu informasiya üzərində çalışmır. Bu cür istirahət gec-tez məyusluq gətirir, çünki yorğunluğunuzdan azad olmursunuz.

 

10.İşdə peşəkar görünmək üçün, dress-koda riayət etmək lazımdır
Hesab edilir ki, ofisdə qəbul edilmiş dress-koda riayət edilməsi, peşəkarlığın və məsuliyyətin əlamətidir.

Qaydalardan kənara çıxmaq insanın individuallığını vurğulayır. Yaxşı işçi ciddi kostyumu rəngli ketalarla tamamlayırsa, ətrafdakılar onu dahi insan kimi qəbul edirlər.

 

11.İntrovertlər və ekstrovertlər tamamilə müxtəlif insanlardır
Psixoloqların insanları iki növə böldüyünü düşünüb, özümüzü də bu növlərdən birinə aid edirik. Əslində isə bu da bir mifdir.

Psixoloqlar insanların ekstrovert və introvert keyfiyyətlərinin olduqlarını söyləyirlər. Yəni insanların çox olduğu məkanları sevmirsinizsə, bu sizin introvert keyfiyyətinizdir, eyni zamanda insanlarla münasibət qurmağı yaxşı bacarırsınızsa, bu sizin ekstrovert keyfiyyətinizdir.