Eurovision

”Eurovision 2017”-nin bilet qiymətləri açıqlanıb

Avroviziya 2017
644views

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017”nin biletlərinin qiyməti bəlli olub.

Belə ki, müsabiqənin bilet qiymətləri 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.

Xatırladaq ki, “Eurovision 2017″nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də keçiriləcək. Final isə mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək. Bu il yarışmaya 20 min qonağın gələcəyini gözlənilir.