Gündəm

Şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Çingiz Qurbanov
876views

Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bununla bağlı, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da rmənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.