Qədim dövrlərdən başlayaraq günümüzə qədər insanların ən böyük marağını cəlb edən mövzulardan biri “yuxu”-dur. Yuxuya getdiyimiz zaman açılan o sirrli qapının ardındakılar, din adamları, psixiatr və psixoloqlar, sosioloqlar və nervpotoloqların geniş araşdırma mövzusu olmuşdur. Yuxuların bu qədər maraq oyatmasının əlbəttə ki, ən böyük səbəblərindən biri gələcəyi bilmək və yuxuda görülən cinsəl səhnələrin nə məna verməsini öyrənmək arzusudur. Bu sehirli dünyanı anlamaq və bu barədə fikir söyləmək üçün yazılmış kitabların sayı belə bu mövzuyla bağlı
tələbat və marağın nə qədər böyük olduğunun sübutudur.
Yuxu görmə aktı əsasən gecə baş verir. Bu akt yalnız dərin yatdığımız zaman deyil, eyni zamanda qısa müddətli mürgüləmə dövründə də baş verə bilər. Lakin, özəlliklə yuxunun irəliləyən mərhələlərində, sürətli göz hərəkətləri zamanı görülən yuxu daha detallıdır.
Psixoanalitikanın banisi olan Sigmund Freud yuxuları şüur altına gedən əsas yollardan biri olaraq açıqlamışdır. Onun düşüncələrinə əsasən cəmiyyətin təsiri altında qalaraq şüur altında basdırdığımız bütün duyğu və düşüncələr yuxu görərkən üzə çıxır.
Freud uzun illər boyu apardığı araşdırmalar nəticəsində görülən yuxuları cinsəl aspektdən belə yozmuşdur:
- At Minmək – At cinsəl istəyi, ata minmək isə qarşı cinsə toxunmaq istəyini bildirir.
- Böcək – Şüur altı gizli cinsəl istəyin olduğunu bildirir.
- Keçmiş sevgilini görmək – Keçmiş üçün darıxmaq. Keçmiş sevgili üçün darıxmaq deməkdir.
- Ev – Qorunma istəyi, istilik.
- Avtomobil – Yüksək cinsəl istək, avtomobil dayanıbsa və ya benzin bitibsə cinsəl istəksizlik deməkdir.
- Silahla vurmaq – Cinsi əlaqə zamanı cəzalandırmaq istəyidir.
- İlan – Cinsi həyatda xoşbəxt olmamaq.
- Uçmaq – Gənc və ya yeniyetmələr yuxuda uçursa, sevdiyi insana qarşı cinsəl istəyi bildirir.