İnternetŞəbəkə

Youtube, Super Chat xüsusiyyəti ilə yeni gəlir qapısı açır

791views

Dünyanın ən populyar video saytı Youtube, peşəkar naşirləri və onların diqqətini çəkmək istəyən izləyicilərini sevindirəcək yeni bir xüsusiyyətini təqdim etməyə hazırlaşır.

Super Chat adlı bu xüsusiyyət ilə tamaşaçılar müəyyən ödəniş qarşılığında rəylərini önə çıxara biləcəklər.

Super Chat xüsusiyyəti əslində Twitchin Cheering adı ilə tətbiq edilən və ya elan saytlarında gördüyümüz şərh/başlıq aşkarlamaq xüsusiyyətinin bir bənzəridir. Yəni Super Chat xüsusiyyətindən istifadə edən istifadəçilər, şərhlərini söhbət axınında möhkəmləndirəcək və ya fərqli bir şəkildə dəyər qatacaqlar. Məsələn, möhkəmləndirmə üstünlüyündən istifadə edən istifadəçilərin şərhi 5 saata qədər üst sırada yerləşdiriləcək. Ona görə bu xüsusiyyətdən faydalanan istifadəçilərin, tutduğu Youtube dühasından cavab almaq şansı da artmış olacaq.

Youtube Super Chat
Youtube Super Chat

Youtube, bu xüsusiyyəti hələlik ihascupquake, Great Library (buzzbean11)Aleks Wassabi kimi bir neçə Youtuber ilə test etməyə başladığını bildirir, amma ay sonunda 20 fərqli ölkədən naşirlərin və 40 fərqli ölkədən tamaşaçıların bu xüsusiyyəti istifadə edə biləcəyini də əlavə edib.

Creator Hub, On the Rise, Youtube Community kimi özəlliklərlə peşəkar naşirləri populyarlaşdırmağa çalışan Youtube, Super Chat ilə naşirlərin gəlir nailiyyətini də artıracaq. Təbii ki, izləyicilərin bu xüsusiyyətdən nə qədər faydalanacağı naməlumdur. Bu xüsusiyyətin pisə istifadəsi də işin fərqli bir tərəfidir.

Digər tərəfdən, Youtube, Super Chat xüsusiyyəti ilə birlikdə Fan Funding API-nin yerini alacaq gerçək zamanlı informasiya çəkmək API-sini də dərc etdirdiyini bildirib.

Super Chat haqqında ətraflı məlumatı dəstək səhifəsində tapa bilərsiniz.