Psixoloji məlumatlar

Yalanı aşkar edən gizli əlamətlər

1.12Kviews

İnsanların gündəlik həyatda və iş görüşləri zamanı söylədikləri yalanları ifşa etmək mümkündür. Bədən dili iş həyatında bu sirri bilən insanların əsas əhəmiyyət verdiyi bir mövzudur. Yalanı anlamaq üçün qarşıdakı insanın davranışlarını ilk öncə analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir. Bunu hər kəs bacarmır. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçır və onun səs tonunda hiss edilə biləcək dərəcədə dəyişikliklər baş verir. Ümumiyyətlə dodaqlarda yüngül oynamalar, gülümsəmələr, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi yalan danışanı ələ verə biləcək faktorlardandır.

Əl hərəkətləri və Yalan

Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil.

İnsan danışarkən əlini yellətdiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkət etdiyini bilmək ancaq bu hərəkətlərin nə mənaya gəldiyini anlamamaq adamı şübhəyə salır və müdafiə mexanizmi işə düşür. Beləcə əllərin hərəkətləri azalır. İnsan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini örtür.
Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, göz altını ovuşturmaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bunlar da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

 

Yalanın digər əlamətləri:

 

JAPAN-US-DIPLOMACY-WWII-HIROSHIMAƏl gizlətmək– Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız isə yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi çox zaman arxanızda gizlədər və ya ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında yoldaşınızın sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər.

 

Burun qaşımaq– Burun qaşıma ağ yalanların klassik işarəsidir. Söhbət etdiyiniz insan sizdən həqiqətləri gizlədəndə gözlərinə, dodaqlarına, qulaqlarına toxunacaqdır. İnsanlar həqiqəti gizlətdiyi zaman əlləri ilə üzlərinə toxunurlar. Bu, bədənlərinin yalana qarşı etiraz formasıdır.

Udqunmaq– Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün tez-tez udqunur, dodaqlarını yalayır.

Sürətli danışmaqİnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya çıxmayacaq.

Nəfəs almaq– Qeyd etmək lazımdırkı yalan danışan adam rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.

Öskürmək– Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşıya işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.