Türkiyəli xanım astroloq Helen Ratibe Gönüllü’nün həftəlik bürclər yazısını təqdim edirik.
Qoç Bürcü (21 Mart – 20 Aprel)
Bu həftə sadə və ağır iş həftəsi sizi gözləyir. Həftənin birinci günü olduqca ağır keçə bilər. Gərgin münasibətlərdən uzaq durmağa çalışın. İkili münasibətlərdə aktiv həftə yaşaya bilərsiniz. Bəzi sürprizlər ola bilər. Bu il subay Qoçların böyük əksəriyyətinin evlənəcəyini də nəzərə alsaq belə bir dəyişiklik sizin üçün də qaçılmaz görsənir. Evli olan Qoçlar isə bu həftə yoldaşları tərəfindən hazırlanan bəzi sürprizlərlə qarşılaşa bilərlər. Həftə sonu mənəvi olaraq rahatlıq və şəxsi maliyənizdə müəyyən artımlar gözlənilir. Bazar günü Ayın Ox bürcünə keçməsi səbəbindən, uzaq səyahət planları həyata keçirə bilər və ya təhsiliniz ilə bağlı müəyyən müsbət addımlar ata bilərsiniz.
Buğa Bürcü (21 aprel – 21 may)
Ay dost bürcünüz Qız bürcündə olduğu üçün həftəyə yüksək əhval-ruhiyə ilə başlayacaqsınız. Övladlarınızla birgə ola bilər, idmanla məşğul ola bilər və ya hobbilərinizə vaxt ayıra bilərsiniz. Səhhətiniz ilə bağlı bəzi sürpriz hadisələr ilə qarşılaşa bilərsiniz. İşinizdə isə sizə təəccüblü gələn bir hadisə baş verə bilər. Həftənin dördüncü günü bitirmək istədiyiniz işləri həyata keçimək üçün əla vaxtdır. Cümə günü Günəşin Dolça bürcünə keçməsi ilə daha çox karyera ilə bağlı məsələlərə yönələcəkiniz. Həftə sonu dostlarınız və ya tərəf müqabiliniz ilə əyləncəli bir gün keçirə bilərsiniz. Bazar günü Ayın Ox bürcünə keçməsi ilə birlikdə büdcə məsələləriniz ilə bağlı planlarınızı həyata keçirə bilərsiniz.
Əkizlər Bürcü (22 may – 22 iyun)
Həftəyə ailə münasibətləri ilə başlayacaqsınız. Bu münasibətlərdə kobudluqdan uzaq durmağa və mümkün qədər məsələlərə sakit yanaşmağa çalışın. Ancaq ümumilikdə xoş bir həftə sizi gözləyir. Bu şansı dəyərləndirməyə çalışın. Tənha olan Ekizlər yeni bir sevgi münasibəti yaşaya bilərlər. Övlad sahibi olmaq istəyənlər üçün də yaxşı həftədir. Cümə günü Günəşin Dolça bürcünə keçməsi səbəbindən, səyahət, təhsil və ya sosial media sahələrində aktiv bir dövrə keçid edəcəksiniz. Həftə sonu istirahətə vaxt ayırmağa çalışın.
Xərçəng Bürcü (23 iyun – 22 iyul)
Həftə şəxsi işləriniz ilə bağlı məsələlərlə başlayacaq. Ailə və karyera mövzularında bəzi sürprizlərlə qarşılaşa bilərsiniz. Bu mövzularda heç qarşılaşmadığınız hallarla üzləşə bilərsiniz. Daha çox ev işlərinə vaxt ayıra bilərsiniz. Hər hansısa yatırım etmək istəyənlər, daşınmaz mülkə rahatlıqla yatırım edə bilərlər. Bu fürsəti yaxşı dəyərləndirməyə çalışın. Həftənin sonlarına doğru maliyyə məsələləri sizi məşğul edə bilər. Həftə sonu ailəli insanlar ailələri ilə birgə əyləncəli vaxt keçirə bilər və ya səyahətə çıxa bilərlər. Bazar günü isə sağlamlığınızı düşünməli və istirahətə vaxt ayırmalısınız.
Şir Bürcü (23 iyul – 22 avqust)
Həftəyə büdcə və maliyyə məsələləri ilə başlaya bilərsiniz. Həftəni rahat planlaşdıra bilər və ona uyğun davranış sərgiləyə bilərsiniz. Xəbərləşmə və səyahət məsələlərində bəzi sürprizlər ola bilər. Cümə günündən etibarən ikili münasibətlər günlərinizi məşğul edəcək. Həftə sonu isə ev və ailə məsələləri ilə məşğul ola bilər və eviniz üçün çalışa bilərsiniz. Burada özünüzü olduqca rahat və xoşbəxt hiss edəcəksiniz. Maliyyə məsələlərində isə evinizdən müəyyən köməkliklər ala bilərsiniz. Bazar günü enerjiniz yüksək olacaq. İdmanla məşğul ola bilər və ya övladlarınıza vaxt ayıra bilərsiniz.
Qız Bürcü (23 avqust – 22 sentyabr)
Həftənin ilk günləri olduqca enerjili olacaqsınız. Bu günlərdə ikili münasibətlərdə gərginlikdən uzaq durmağa və sərt dialoqlardan yayınmağa çalışın. Mübahisələrin içindən rahatlıqla uzaqlaşa bilərsiniz. Burada səthi yanaşaraq özünüzü bu məsələlərdən azad edin. Həftə boyu büdcə və maliyyə məsələlərində bəzi sürprizlərlə qarşılaşa bilərsiniz. Mənəvi olaraq da yeniliklərin gözləndiyi bu həftədə olduqca maraqlı günlər keçirəcəksiniz. Həftənin sonlarına doğru isə iş həyatınız və sağlamlığınız ilə bağlı müəyyən inkişaf mərhələsində olacaqsınız.
Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)
Həftənin ilk günləri enerjiniz o qədər də yüksək olmayacaq. Həm şəxsi həyatınız həm də işləriniz ilə bağlı məsələlərdə diqqətli olmağa çalışın. İkili münasibətlərdə bəzi sürprizlər ola bilər. Cümə axşamından etibarən artıq özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız. Planlarınızı həyata keçirmək üçün motivasiyanız yüksək olacaq. İşlərinizi yaxşılaşdıra və ya hər hansısa dostunuzdan köməklik ala bilərsiniz. Həftə sonu dostlarınız və ya ailənizlə birgə xoş saatlar keçirməyə çalışın.
Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)
Həftəyə ümidlərlə və hərəkətli başlayacaqsınız. Gündəlik həyatınızda sizi təəccübləndirən hadisələr baş verə bilər. Ancaq bu günlərdə motivasiyanız da yüksək olacaq. Sevgi münasibətlərində yeni tanışlıqlara hazır olun. Bu vaxtlar daha cəlbedicisiniz və bəyənilirsiniz. Cümə günündən etibarən isə ailə məsələləri vaxtınızı daha çox alacaq. Ancaq yenə də enerjiniz yüksək görsənir. Həftə sonu yaxşı dincələ bilər, övladlarınıza vaxt ayıra bilər və ya tərəf müqabiliniz ilə romantik vaxt keçirə bilərsiniz.
Oxatan Bürcü (22 noyabr – 21 dekabr)
Həftəyə iş və karyera mövzularında enerjili başlayacaqsınız. Yaradıcı ola bilər və ağıllı şəkildə işlərinizi planlaşdıra bilərsiniz. Gördüyünüz işlərdə və hobbilərinizdə extra qazanclar üçün olduqca şanslı həftədəsiniz. Bu həftə sizi sevindirəcək ani hadisələr ola bilər. Ev və ailə münasibətlərində yarana biləcək mübahisələrə qarşı təmkinli olmalı və səthi yanaşmalısınız. Həftənin irəliləyən günlərində isə yeni tanışlıqlar gözlənilir. Həftənin cümə günündən etibarən isə daha məşğul olan bir dövrə keçid edəcəksiniz. Həftə sonu istirahət etməyə və ailənizlə birgə xoş vaxt keçirməyə çalışın.
Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)
Həftəyə olduqca sakit başlayacaqsınız. Motivasiyanız güclü görsənir, qərarlarınızda dəqiq olacaqsınız. İnsanlarla münasibətlərdə sərtlikdən uzaq durmağa çalışın. Həm ailədə həm də iş həyatınızda olduqca vacib uğurlara imza atacaqsınız. Cümə günündən etibarən həyatınızda, maddi və mənəvi olaraq daha hərəkətli bir dövr başlıyacaq. Həftə sonu dostlarınız ilə əla vaxt keçirə bilərsiniz. İnsanlarla olan münasibətlərinizi gücləndirə və hər hansısa bir səyahətə çıxa bilərsiniz.
Dolça Bürcü (22 yanvar – 19 fevral)
Həftənin ilk günlərində ağlınız daha çox maliyyə məsələlərində olacaq. Yaxın və uzaq münasibətlərdə diqqətli olmağa çalışın. Sürprizlərə hazır olun. Hisslərinizin doğru olduğu bu vaxtlarda ulduzunuzun parıldayacağı bir dövrə keçid edəcəksiniz. Bu səbəbdən hətda sizi təbrik belə etmək olar. Uzaq səyahətlər və xarici vətəndaşlarla münasibətlərdə olduqca hərəkətli həftə sizi gözləyir. Həftənin sonlarına doğru isə, əhvalınız daha da yüksəlməyə başlayacaq. Bu vaxtlarda müsbət addımlar ata bilərsiniz. Həftə sonu həm ailə həm də işlərlə bağlı gələcək planlarınızı rahat şəkildə qura bilərsiniz.
Balıqlar Bürcü (20 fevral – 20 mart)
Həftəyə ikili münasibətlərlə bağlı məsələlərlə başlayırsınız. Həftə boyu büdcə və maliyyə mövzularında gözləmədiyiniz hallarla qarşılaşa bilərsiniz. Sürpriz şəkildə əlinizə pul gələ bilər və ya ani bir xərc ola bilər. Karyeranız ilə bağlı bəzi artımlar gözlənilir. Yatırım etmək istəyən Balıqlar bu vaxtlarda özlərini yüksək motivasiyada hiss edə bilərlər. Cümə günündən etibarən isə, özünüzə qapanıb kənara çəkilmək kimi istəklərin olduğu bir dövrə keçid edə bilərsiniz. Bu vaxtlar daha çox arxa planda qalaraq enerji toplamağa ehtiyac duyacaqsınız. Səyahətlər və ya təhsilnən bağlı bəzi çıxış yolları axtaracaqsınız. Həftə sonu da gərgin qərarlar içərisində olacaqsınız.