
Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçilən Donald Trump and içərək vəzifəsinə rəsmi olaraq başladı.
Amerika Konqresinin olduğu “Capitol Hill” də təşkil edilən mərasimdə Trump’dan əvvəl kürsüyə çıxan Mike Pence andiçərək rəsmi olaraq ABŞ Prezident köməkçisi ünvanının sahibi oldu.
Mərasimdən əvvəl Ağ Evdə prezident Barak Obama ilə görüşən Trump, Capitol Hill’ə də onunla birgə gəldi. Trump Azərbaycan saatı ilə 21:00-da andiçmək üçün kürsüyə çıxdı.
ABŞ-ın müxtəlif ştatlarından minlərlə insanın qatıldığı mərasimdə, seçkilərdə Trump’a məğlub olan demokratların namizədi Hillary Clinton da iştirak etdi.
Trump qısa bir çıxış etdi. Çıxışında keçid müddətində göstərdikləri dəstəyə görə Obama cütlüyünə təşəkkür edən Trump, “İqtidar Waşinqton’dan xalqa keçdi artıq” və “20 Yanvar 2017 tarixi xalqın iqtidara gəldiyi gün olaraq xatırlanacaq” deyə söyləyərək siyasi elitaların xalqa laqeyd yanaşdığını bildirdi.
ABŞ-ın öz milli maraqlarının əksinə beynəlxalq yardımlara girişdiyini vurğulayan Trump, “Artıq hər qərar ‘əvvəl Amerika’ prinsipiylə alınacaq” deyə söylədi. Trump eyni zamanda rifahı bütün ölkəyə yayaraq hər şeyi kökündən, yenidən inşa edəcəklərini bildirdi.
Beynəlxalq əlaqələrə də toxunan Trump, “Biz öndə olacağıq və hər kəs bizi təqib edəcək” şəklində sözlərinə davam etdi.
Mütəxəssislər Trump’ın təxminən 16 dəqiqə davam edən çıxışında gözlənilən “Birlik” mesajlarını vermədiyini, əksinə seçki kampanyasındakına bənzər bir dil istifadə etdiyini bildirdilər.
Digər tərəfdən, Capitol Hill’də andiçmə mərasimi davam edərkən, başda Washington olmaq üzrə, ölkə səviyyəsində Trump’a qarşı nümayişlər təşkil edildi. Bənzer nümayişlər gün ərzində Avropa paytaxtlarında də müşahidə olundu. Araşdırmalara əsasən Avropalıların təxminən 70 %-i Trump’ı “təhlükəli” hesab edir.
Çıxışın dərhal ardından isə, Barak Obama’nın istifadə etdiyi Amerika Prezidenti rəsmi Twitter hesabı @POTUS Trump’ın adına keçdi.
Obama isə artıq @POTUS44 hesabını istifadə edəcək.
Mərasimdə iştirak edən ictimai media da müzakirə olunan mövzulardan biri oldu. 2009-cu ildəki Obama’nın andiçmə mərasimiylə Trump’ın mərasimini müqayisə görüntüləri paylaşıldı. Obama zamanında mərasimdə iştirak edən kütlənin daha geniş olduğu göründü.
[twenty20 img1=”22320″ img2=”22319″ offset=”0.5″]
Barak Obama və həyat yoldaşı Mişel Obama, mərasimdən dərhal sonra hərbi bir vertolyota minib Andrews Hava limanına doğru hərəkət etdi.
Obama cütlüyü, oradan da bir təyyarəyə minib Kaliforniyaya tətilə gedəcək.
Obama gedərkən, Trump və yoldaşıyla əl sıxışdı və daha sonra 8 ildə Ağ çalışan təhlükəsizlik xidmətinə təşəkkür etdi.