Futbol

Türk nəhəngləri transferdə fəaldırlar: Jeremain Lens və Sigthorsson İstanbulda, Aboubakarın transferi rəsmiləşdi

836views

Türkiyənin nəhəng klubları olan Fenerbahçe, Galatasaray və Beşiktaş növbəti transferlərini həyata keçirməyə yaxındır. Beşiktaş Portodan kamerunlu Vincent Aboubakarı 2,5 milyon avroya 1 illiyinə icarəyə götürdü.porto1

Fenerbahçe isə İngiltərənin Sunderland klubunda çıxış edən hollandiyalı Jeremain Lensi transfer etməyə yaxındı, Lens görüşmələr üçün İstanbuldadı. Qeyd edək ki, Lens Sunderlanddan əvvəl Az Alkmaar, PSV, Dinamo Kievdə çıxış edib.

football-premier-league-stadium-of-light-sunderland-jeremain-lens_3358917 (1)

Galatasaray isə İslandiya yığmasının və Nant klubunun futbolçusu Kolbeinn Sigthorsson ilə razılığa gəlib.Kolbeinn artıq İstanbuldadır. Sigthorsson Nantdan əvvəl öz ölkəsinin Koupavoks, Hollandiyanın Az Alkmaar və Ajax klublarında çıxış edib. Həmçinin yığma komandada 43 oyun keçirən Sigthorsson 21 qola imza atıb.

KolbeinnSigthorssonajax_3188226

Elnur Cəfərov
idman xəbərləri yazarı