Dünya

Coğrafiya kitablarına yeni qitə daha əlavə edilə bilinər: Zellandiya qitəsi kəşf edildi

Yeni Zellandiya qitəsi
1.22Kviews

Yeni Zellandiyadakı yer elmi mütəxəssisləri, aparılan son işlərin 4.9 milyon kilometrlik bir sahəni tutan yeni bir qitəyə işarə etdiyini bildirib.

Hər nə qədər yer üzündəki qitələrin Asiya, Avropa, Afrika, Antarktida, Şimali Amerika, Cənubi Amerika və Avstraliyadan ibarət olduğu məlumatı əsas qəbul edilsə də, yer elmi mütəxəssisləri Avropa və Asiya qitələrinin əslində Avrasiya adlı yeganə bir qitə təşkil etdiyini, bu səbəbdən dünyada 6 qitə olduğunu müdafiə edirlər.

Ancaq dünyanın yer qabığı çatları haqqında aparılan iş, bu siyahıya Zellandiya adlı yeni bir qitə daha əlavə edir. Yeni Zellandiyada xidmət edən 11 tədqiqatçı tərəfindən həyata keçirilən bu işdə Sakit Okeanın cənub qərbində yerləşən adaların, bir-birindən müstəqil olmadığı, 4.9 milyon kilometrlik bir bütünün parçaları olduğu və bu parçanın Avstraliyadan ayrı olduğu irəli sürülür.


Geologiya dünyasının diqqətini çəkən işə dair Amerika Geologiya İcması jurnalında dərc olunan hesabatda, kəşf edilən yeni qitəyə aid ümumi səthin 94 faizin su altında olmasına baxmayaraq, Yeni Zellandiya və Yeni Kaledoniya kimi böyük adaları da əhatə etdiyi bildirildi. Mütəxəssislər, əldə edilən bu məlumatların uzunmüddətli işlərin nəticəsində ortaya çıxdığını qeyd ediblər.

Dünyanın ən kiçik və ən yeni qitəsi Zellandiyanın adı ilk dəfə 1995-də Brüs Luyendyk tərəfindən istifadə edilib. Ancaq Luyendyk Zellandiyanı ayrı bir qitə kimi deyil, parçalanmış bir qitənin 200 milyon illik parçalanmış hissələrini ifadə etmək üçün istifadə etmişdi.


Zellandiyanın yeni bir qitə olduğuna dair ilk nəzəriyyələrdən biri isə 2007-də məsələ ilə bağlı bir araşdırma kitabı nəşr etdirən Hamish Campbell tərəfindən irəli sürülüb. Zellandiyanın Avstraliya və Antarktidan tamamilə ayrı bir qitə olduğunu deyən Hamish Campbell kitabında Zellandiyanın keçmişdə tamamilə su altında olduğunu ancaq qitələrin toqquşması nəticəsində Yeni Zelandiya kimi bəzi böyük hissələrinin su üstünə çıxdığını irəli sürmüşdü.

Ekspertlərə görə Zellandiyanın ayrı bir qitə olmasının 4 əsas səbəbi var. Bunlar, yer bazasının okean tavanından daha yüksək olması, qaya tiplərində müxtəlifliyin olması, okean tavanını çevrələyən yarıqların daha incə olması və geniş bir sahə boyu görülən sərhədlərin bir mikro-qitədən çox qitəyə işarə etməsi ilə əlaqədardır.