ABŞ-ın 45. Prezidenti seçilən Donald Trump, uzun müddətdir maraqla gözlənilən Dövlət katibi namizədini açıqladı.
Donald Trump bu vəzifə üçün, dünyanın qabaqda gələn enerji şirkətlərindən Exxon Mobil’ın Prezidenti Rex Tillerson’u seçib.
Trump yazılı açıqlamasında Rex Tillerson haqqında, “Əzmi, təcrübəsi və geosiyasi tarazlıqlara istiqamətli dərin anlayışı, onun mükəmməl bir Dövlət katibi olacağını göstərir” deyib.
Trump, bundan əlavə Tillerson’un regional sabitliyi dəstəkləyən istiqamətli addımlar atacağını və ABŞ-ın köklü milli təhlükəsizlik maraqlarına lazımınca xidmət edəcəyini vurğulayıb .
64 yaşındakı Tillerson’un Rusiya Prezidenti Vladimir Putin’lə əlaqələrinin yaxşı olması, Demokratlar və bəzi Respublikaçıları narahat etdiyi bidlirlir.
Tillerson’un vəzifəsinə başlaması üçün, Nazirliyinin Senat tərəfindən təsdiqlənməsi lazımdır.