Konsert

Faiq Ağayev uzun fasilədən sonra 2 günlük konsert tədbirinə hazırlaşır

1.03Kviews

Xalq Artisti Faiq Ağayev konsertə hazırlaşır.

İlin sonu, dekabr ayına planlaşdırılan konsert tədbiri 3 illik fasilənin ardından Faiq Ağayevin keçirəcəyi ilk böyük konsert tədbiri olacaq. 2 gün ardıcıl keçiriləcək konsert dekabr ayının 29 və 30’u Heydər Əliyev adına sarayda reallaşacaqdır. Uzun müddətlik fasilənin ardından sevənləri ilə görüşəcək Xalq Artisti Faiq Ağayevin konsert tədbirində, ifaçı sevilən köhnə mahnıları ilə yanaşı yeni mahnılarını da sevənləri qarşısında ifa edəcəkdir.

Nəzərinizə çatdıraq ki, biletlərin qiyməti 20-120 AZN aralığındadır və biletlər artıq satışa çıxarılıb.