İqtisadiyyat

Trump Bakı ilə olan müqaviləni sonlandırır

Trump Tower Baku
739views

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın təşkilatı Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan edib.

Trump təşkilatının icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırıb.

Ümumilikdə Trump təşkilatı üç lisenziya müqaviləsini – Bakıda bir otel və Rio de Janeyroda bir otel və 5 binalı ofis kompleksini dayandırır.

Bakının Nəsimi rayonunda Heydər Əliyev prospekti üzərində yerləşən 33 mərtəbəli yelkənə bənzər göydələnin tikintisi ötən il başa çatsa da, onun fəaliyyət göstərməsi barədə heç bir məlumat olmayıb.

yaaz.az Trump bakı ilə olan müqavileni sonlandırır.
Bakıda tikilən bina artıq Trump adını daşımayacaq.

Ancaq ‘Bloomberg’ yazır ki, Trump-ın Bakıdakı biznes tərəfdaşına yaxın rəsmi bu həftə layihənin üçdə birinin tamamlandığını və tezliklə fəalliyyətə başlayacağını bildirib.

Binanın gözətçisi deyib ki, bina fevralda fəalliyətə başlaya bilər. Trump gəlir bəyannaməsində bildirib ki, bu layihədən 2 milyon yarım dollar qazanc əldə edib, amma layihənin adı ötən il şirkətin rəsmi saytından yığışdırılıb.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbcaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədov olan Qarant holdinqdir.