Braziliyalı həkimlər, yanıq müalicəsində Tilapia balığının dərisini istifadə edərək əhəmiyyətli uğura imza atıblar.
Silva adlı bir xəstənin boynunda, qollarında və üzündə olan ikinci dərəcə yanıqlar ilə qarşılaşan həkimlər, yaraları Tilapia balığının dərisiylə sarıblar. Və sözü gedən balığın dərisi çox qısa bir müddətdə yanıqları sağaldıb.
İş yerində yaşadığı bir qəza nəticəsində üzü və qolları yanan Maria Ines Candido da Silva, həkimlərin alternativ bir müalicə üsulu sınağı ilə razılaşıb və ardından qadının yanıqları Tilapia balığı dərisi ilə örtülüb.
20 gün ərzində qadının bədəninə sarılan balıq dəriləri tez-tez yenilənib. Balıq dərisiylə hərəkət etmənin inanılmaz bir təcrübə olduğunu söyləyən qadın, müalicə müddətində ciddi ağrı hiss etmədiyini və bu dərilərin yanan yerləri sərinlətdiyini bildirib.
Niyə məhs Tilapia balığı ?
Tilapia balığı şirin su balığıdır və Braziliyada bir çox xəstəliklərdə müalicə üçün tövsiyyə olunur. Analiz edilən Tilapia dərisinin uzun müddət nəmliyini qoruya bildiyi müşahidə olunub. Bu xüsusiyyət, yanıqların sağalma müddətini sürətləndirir və xəstəni lazımi zülallarla təmin edir.