Braziliyada təşkil olunan 2016 Rio Olimpiadası’nda, hakimlərə soyunaraq etiraz edən Monqolustan’ın iki baş məşqçisinin cəzası dəqiqləşib.
Dünya Güləş Federasiyası tərəfindən verilən açıqlamada, kişilərdə sərbəst güləş 65 kq çəki dərəcəsi bürünc uğrunda mübarizə zamanı hakimin düzgün və yerində verilən qərarına, uzun müddət sərt şəkildə etiraz edən Tserenbaatar Tsogbayar ve Byambarinchen Bayaraa’nın 2019-cu ilə qədər (3 il) bütün Beynəlxalq yarışlarda iştirakının qadağan edildiyi və eyni zamanda məşqçilərə 51 min dollar dəyərində pul cəzasının verildiyi bildirilib.
Qeyd edək ki, Məşqçilərin soyunaraq etirazı Rio Olimpiadası’nın ən çox danışılan hadisəsi olmuşdu.
Monqolustan, 2016 Rio Olimpiadası’nda 1 gümüş və bir bürünc medal qazanaraq yarışı 67-ci sırada bitirmişdi.