Eurovision

Xorvatiyanı Eurovision 2017’də Jak Houdek təmsil edəcək

Jak Houdek
606views

Xorvatiyanın rəsmi kanalı HRT, 2017 Eurovision təmsilçilərini açıqlayıb.

Daha əvvəl altı dəfə Xorvatiya milli finalına qatılan Jak Houdek, bu il Xorvatiyanın təmsilçisi olaraq açıqlanıb.

Houdek Eurovisionda iştirakı ilə bağlı, “Sonunda uşaqlıq xəyalıma qovuşdum. Xorvatiyanı təmsil etməkdən qürur duyacağam! Eurovision mahnım üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm” – açıqlamasını edib.

Ancaq Jak Houdekin Eurovision təmsilçisi olaraq seçilməsi ölkəsində o qədər də müsbət qarşılanmayıb.

Xorvatiyanın LGBTQ komitəsi tərəfindən “Əsrin Homoseksuallara Nifrət Edəni” seçilən Houdek, “Homoseksuallar,” normal insanlarla eyni hüquqlara malik olmamalıdır” açıqlamasını etmişdi.