Dünya

Dubayda sabah ‘avtomobilsiz gün’ qeyd olunacaq

785views

Dubayda yerli rəhbərlik, 5 fevralı “Avtomobilsiz Gün” kimi elan edib.

Khaleej Timesin xəbərinə görə, Dubay Bələdiyyəsi, ətraf çirkinliyini azaltmaq məqsədi ilə şəhər sakinlərini bir günlüyünə avtomobillərdən imtina etməyə çağırıb. Bu arada aksiyaya qatılacaq sürücü sayına görə bələdiyyə bir miqdar pulu xeyriyyə işlərinə və ağac əkmə kampaniyasına bağışlayacaq. Bəxşişin miqdarı isə hələ açıqlanmayıb.

Bu təşəbbüs ilk növbədə dövlət qurumları işçilərinə təsir edəcək, çünki bələdiyyə sədri və digər dövlət qurumlarının park yerləri qapadılacaqdır.