Gündəm

Qadının başından canlı tarakan çıxdı

876views

Hindistanın cənubundakı Chennai şəhərində cərrahlar bir qadının başından canlı tarakan çıxarıblar.

Gecə burnundakı qaşıntı hissinə görə oyanan 42 yaşındakı qadın, daha sonra ağır bir baş ağrısı yaşadığı üçün yerli xəstəxanaya müraciət edib.

Getdiyi iki xəstəxanada həkimlər apardıqları yoxlamada narahatlığın səbəbini tapıblar. Mütəxəssislər, qadının kəllə sümüyündə, gözlərinin olduğu yerdə, tam orta hissədə canlı bir tarakanın olduğunu müəyyən ediblər.

Həkimlər qadının burnundan başına girən tarakanın, burun kökü bölgəsi ilə beyinə yaxın çox kritik məsafədə dayandığını bildiriblər. Əməliyyatın 45 dəqiqə davam etdiyi də ifadə edilib.

Əməliyyata girən həkim, “30 illik iş həyatımda ilk dəfə belə bir hadisəyə rast gəlirəm. Daha əvvəl burun hissəsindən muncuq, düymə, təbaşir çıxardığım olmuşdu ancaq ilk dəfə bir tarakan çıxarıram” deyib.

Həkimlər, əgər gec qalınmış olsaydı həşəratın ölüb qadının beynində bir infeksiya yarada biləcəyini də vurğulayıblar.