İnternetMaraqlı

Snapchat’ın bazar dəyərinin altında qalan 9 firma: Twitter+Ferrari bir Snapchat etmir!

893views

Snapchat’ın bazar dəyərinin altında qalan 9 firma: Twitter+Ferrari bir Snapchat etmir!

Snapchatın xalqa açılış prosesini etməsinin ardından bazar dəyəri sürətlə yüksəlməyə başladı. Hazırda Snapchatın bazar dəyəri 36 milyard dollardır. Bəs şirkət, bu dəyər ilə hansı firmaların önünə keçdi?
Twitter kimi firmaları geridə qoyan Snapchat, bazar dəyərində dünyaca məşhur 9 şirkətdən daha yaxşı vəziyyətdədir. Bu şirkətlər arasında dünya şöhrətli sosial media nəhəngləri, avtomobil firmaları və hava yolu firmaları da var.

9. Twitter (bazar dəyəri 11,20 milyard dollar)

Twitter, ilk çıxdığı vaxtlardakı günlərini axtarır. Əlbəttə, hamımız Twitter-in bu vəziyyətə düşməməsini istərdik, ancaq Facebookun gücünü hər yerdə göstərdiyi internet dünyasında Twitterin yerini bərkitməsi çox çətin idi.

8. Ferrari (bazar dəyəri 12,46 milyard dollar)

Dünya üzərindəki zənginliyin simvollarından olan Ferrari də Snapchata qarşı o qədər də varlı deyil.

7. Best Buy (bazar dəyəri 14,08 milyard dollar)

Amerikanın elektron əşya mağazası olan Best Buy öz sahəsində möhkəm pullar qazanan şirkətdir.

6. Seagate (bazar dəyəri 14,44 milyard dollar)

Seagate, ən məşhur təchizat brendlərindən biridir. Kompüterlər üçün yaddaş sistemi istehsal edən Seagate, Snapchatın bazar dəyərinin çox altında qalmış şirkətlərdəndir.

5. Hershey (bazar dəyəri 16,57 milyard dollar)

Amerikada xüsusilə qadınların kilo almasının ən böyük səbəblərindən olan Hersheys, ölkəmizdə fəal olmasa da, dünyanın ən məşhur şokolad istehsalçılarından biridir.

4. Viacom (bazar dəyəri 16,73 milyard dollar)

VIACOM, nəhəng media qurumudur. Televiziya, kino və oyun sahəsinə gedən və Paramount, Dreamworks kimi firmaları satın alan VIACOM da bazar dəyəri olaraq Snapchatın altında qalan firmalardandır.

3. Hilton (bazar dəyəri 19,18 milyard dollar)

Biz daha çox Paris Hilton ilə tanıyırıq bu adı. Ancaq, dünyanın ən böyük otellər zəncirindən biridir Hilton. Ölkəmiz də daxil, dünyanın dörd bir tərəfində otelləri olan Hiltonun ən nüfuzlu otel firmalarından biri olduğunu deyə bilərik.

2. American Airlines (bazar dəyəri 23,05 milyard dollar)

Amerikanın 9 fərqli hava limanından, ölkə içi və ölkə xaricinə, 50-dən artıq ölkəyə 330-dan çox nöqtəyə uçuş keçirən şirkət dünyanın ən böyük hava yolu şirkətlərindən biridir. Ancaq bunlar da Snapchatın qazancından artığını edə bilmir.

1. United Continental (bazar dəyəri 23,06 milyard dollar)

Amerikanın bir başqa nəhəng təyyarə firmasıdır. 23,06 milyard dollarlıq bazar dəyəri olmasına baxmayaraq Snapchata çatması üçün daha çox çalışması lazımdır.

Göründüyü kimi, heç biri bir Snapchat deyil. Snapchat, yalnız bir gündə bazar dəyərini 51% nisbətində artıraraq, son zamanların ən qazanclı açılışına səhnə oldu. Şirkət hazırda 36 milyard dollar bazar dəyəri qazanmış vəziyyətdədir ancaq bir şeyi də qeyd edək: Snapchat bu dəyər ilə son dərəcə uğurlu olsa da, 395.23 milyard dollar bazar dəyəri olan Facebookun hələ də arxasındadır. Anlayacağınız sosial media nəhəngi, uzun illər yerindən sarsılmayacaq kimi durur. Google-ın da içində olduğu Alphabetin isə 574,31 milyard dollarlıq bazar dəyəri var.