
Bütövlükdə Şimali Koreyanın hərbi gücü.
Dünyanı təhdid edən, Kim rəhbərliyindəki Şimali Koreyanın hərbi qüdrətinin sərhədləri nələrdir? Məhz öz istehsal etdiyi təyyarələrlə, sualtı gəmiləri ilə, nəhəng topları ilə Şimali Koreyanın hərbi gücü aşağıdakı kimidir.
Şimali Koreya ordusunun ən böyük hissəsi quru qüvvələridir. Quru Qüvvələrində 1.2 milyon aktiv əsgərin xidmət etdiyi məlumdur. Ancaq ordunun ən çox güvəndiyi tərəfi isə sayı milyonlar ilə ifadə edilən ehtiyat qüvvələridir.
Olduqca böyük bir orduya malik olmasına baxmayaraq Qara Qüvvələrinin istifadə etdiyi silahlar olduqca qədimidir. Dərc edilən hesabatlara görə, ordunun inventarındakı silahların çoxu Sovet dövründən qalmadır. Öz istehsalı olanlar isə “düşmanları” ilə müqayisədə olduqca geridədir.
Eyni vəziyyət ordunun hava vasitələri üçün də keçərlidir. Hava Qüvvələrinin material ehtiyatlarının böyük bir hissəsini 1983-cü ildə istismara daxil olan Mig-29-lardan ibarətdir.
Bunların xaricində öz istehsalı təyyarələrini də istifadə edən ordu, bu məsələdə o qədər də iddialı deyil.
Ordunun ən qorxulan silahı isə artilleriya birlikləridir. 170 mm-lik Koksan-lar Şimali Koreyanın hər hərbi parad mərasimində göstərdiyi silahların önündə gəlir.
Ordunun əlindəki raketlərin bir qisminin Cənubi Koreyanın paytaxtı Seulu vura biləcək gücə sahib olduğu bilinir.
Dağ kimi təbii qoruma gücünə malik, regionlara inşa edilən nəhəng toplar da ordunun güvəndiyi silahların başında gəlir.
Hər nə qədər qoca bir donanmaya malik olsa da Şimali Koreya dünyada ən çox gəmiyə malik ordulardan biridir.
Ordunun malik olduğu müharibə gəmilərinin sayı isə olduqca məhduddur.
Çin və Sovet İttifaqından kopyalanan zirehli maşınlar da ordunun böyük subyektlərindən biridir.
Hwasong raketlərinin Yaponiyanı vuracaq gücə sahib olduğu düşünülür.
20 il əvvəl hazırlanmasına baxmayaraq Pokpung-ho tankları ordunun ən inkişaf etmiş vasitələrindən biridir.