Memar Rikardo Bofill Kataloniya bölgəsində yerləşən sement zavodunun köhnə binasını dəbdəbəli malikanəyə çevirib.
Keçmiş sement zavodunun binasına memar 1973-cü ildə fikir verib. Məhz o zaman “La fabrica” adlı layihənin ideyası yaranıb. Onilliklər ərzində Rikardo Bofill zavodu inanılmaz interyerləri və binaları olan dəbdəbəli villaya çevirib. Xaricdən isə bina bütövlüklə yaşıllıqla örtülüb və evkalipt, palma və zeytun ağacları ilə əhatə olunub.
“La fabrica” Barselonanın yaxınlığında yerləşir. Zavod İkinci Dünya Müharibəsi zamanı çalışıb, buna görə də Bofill və onun komandası binanın təmirinə çoxlu güc və vəsait yatırmalı olub. Nəticədə keçmiş zavod hər bir otağının müəllifin düşüncəsi üzrə tərtib olunduğu və bir-birinə bənzəyəmədiyi unikal evə çevrilib. Burada iş studiyası, konfrans zalı və sərgi zalları təşkil olunub.