Orta Şərq ölkələrinin ən dəbli xanımı olaraq tanınan Səudiyə Ərəbistan Şahzadə’si Deena Aljuhani Abdülaziz, bu həftə Milan Moda Həftəsin’də iştrak edib
Səudiyyə Kral Ailəsinin gəlini Şahzadə Deena Aljuhani Abdülazi, standart ərəb qadını divarını yıxan bir moda ikonudur.
Uzun illərdir New York’da yaşayan, Riyad’da D’NA adlı brend mağazası olan 41 yaşındakı şahzadə, bu vaxta qədər bir çox moda həftəsinə qatılıb.
Moda sərgilərini hər zaman ön sıralardan izləyən Deena üçün, bu günə qədər bir çox dizaynerlər geyim hazırlayıblar.
Son olaraq Milan Moda Həftəsinə qatılan şahzadə yenə də geyim tərzi və görünüşü ilə hər kəsə xoş təsir bağışlayıb.
İtaliya küçələrində görsənən Deena, ölkəsinin ənənəvi tərzi ilə qərb tərzini qarışdıran görünüşü ilə yenə də diqqət çəkməyi bacarıb.
Qısa saçlarını gizlətməyi ehtiyac bilməyən şahzadə, keçən həftə New York Moda Həftəsinə də qatılmışdı.
Deena eyni zamanda ölkəsində bu ay ilk yayımı çıxan Vogue Arabia juranlının rəhbəridir.
Qeyd edək ki, Səudiyyə Ərəbistan Şeyxi Abdulaziz Bin Nasser Bin Abdulaziz Al Saud ilə evli olan şahzadənin üç övladları var (bir qız və iki oğlan).