Rio 2016

Rio-da möhtəşəm yüngül atletika gecəsi

919views

Bu gecə olimpiyadada bütün diqqətlər yüngül atletika yarışlarına yönələcək. 11 qat dünya,6 qat olimpiya çempionu, 100m ,200m, 4×100 m estafet qaçış yarışlarında dünya rekordunun sahibi “İldırım” ləqəbli yamaykalı atlet Usain Bolt 100m qaçış yarışlarında əvvəlcə yarım final,daha sonra final yarışlarına çıxacaq. Yarışın əsas favoriti olan Boltun finalda ən çətin rəqibi 2004 Afina olimpiyadasında 100m qaçışda qızıl medal qazanan,2 qat dünya çempionu 34 yaşlı Justin Gatlin olacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı