MaraqlıTəbiət

Quşlar niyə V şəklində uçurlar?

2.01Kviews

Quş növlərinin təxminən yarısı, müntəzəm fasilələrlə bir təbii yaşayış sahəsindən digərinə gedir.

Bəziləri bu zaman çox uzun məsafələr keçir. Miqrasiya olaraq bildiyimiz bu davranışlar, qida mənbələrindən və ya çoxalmaq üçün əlverişli şərtlərdən daha çox istifadə etməyi təmin edərək, növün həyatını davam etdirmək şansını artırır.

Quşlar, köç zamanı əsasən qruplar halında hərəkət edirlər. Toplu qruplar halında olmaq, yol boyu qarşılaşacaqları düşmənlərindən müdafiə olunmalarına yardımçı olur. Qrup halında uçan quşların istifadə etdiyi üsullardan biri də, V şəklində düzülərək uçmaqdır. V şəklində bir vəziyyətdə uçmaq düşmənlərə qarşı inkişaf etdirilmiş bir üsul olsa da, köç zamanı, enerji istifadəsini azaltmaq baxımından da olduqca təsirli bir üsuldur. Ancaq yalnız az sayda quş növü bu üsuldan istifadə edir; Böyük və ağır bədənli olan quşlar.

Quşlar niyə V şəklində uçurlar?

Quşlar V şəklində uçarkən, hər bir quşun qanad çırpması, arxasındakı quşu yüksəldən bir hava axını yaradır. Ortaya çıxan bu hava axınını istifadə edən quşlar, uçuş məsafələrini 70 faiz uzadırlar. Quşlardan biri qrupdan çıxanda bütün tarazlıq pozulur və uçmaqda çətinlik çəkirlər və V şəklini sürətli bir şəkildə yenidən tənzimləyirlər.

V mövqeyindəki uçuşlarda öndə gedən aparıcı quş heç bir hava axınından istifadə etmədiyi üçün zamanla olduqca çətin bir vəziyyət alır. Bu səbəblə qabaqcıl quş yorulanda ən arxaya keçir və onun dərhal arxasındakı quş qabaqcıl mövqeyini alır. Bu dəyişiklik, qabaqcıl quşlar yorulduqca davam edir. Beləliklə, hər quş, qrupun hər bir nöqtəsində yer almış olur. Bu sayədə quşlar, çatmaq istədikləri yerə daha tez, daha az enerji sərf edərək və daha etibarlı bir şəkildə çatmağa nail olurlar.