Psixoloji məlumatlar

Qorxularınızdan azad olun

732views

Körpəykən hamımız qüsursuz oluruq. Dünyanı yaradan güclə hələ bağımız var olaraq qalır. Yaşımız irəliləməyə başladıqca isə ətrafımızdakı dünyadan bir sıra qorxular yığıb mənimsəyirik.

Nəticədə bizdə onlardan biri olmağa və ya ayaq uydurmağa çalışırıq. Bunu etmə səbəbimiz ətrafımızdakılara uyğun gəlməkdir. Ana atamızın bizi sevməsini bizə heyran olmasını istəyirik. Buna görə onları nümunə alır, onların qorxularını, məhdudlaşdırıcı inanclarını və səhv fərziyyələrini mənimsəyib daha çox onlara bənzəməyə çalışırıq. Bunların hamısının səbəbi sevilməyi çox istəməyimizdədir.

Bu anda olduğun adam gerçəkdə olduğun adam deyil. Daha çox bu dünyada yaşadığınız üçün uyğunlaşdığınız adamdır.

Ətrafındakı dünyadan çəkib aldığın bütün o qorxuları təmizləmək üçün geri dönməyin, bütün qorxularının qaynağını tapıb çıxartmaq lazımdır. Ondan sonra bir sıra işlər etməli, bu qorxuların artıq sənin ruhi mənliyinin bir parçası olmaqdan çıxmasını təmin etməlisən.

Edə biləcəyin ən yaxşı şey özünə bağlı olanların üzərində çalışmaqdır.

Bir dəfə özünü daha yüksək bir məqsədə bağlayıb həyatının əsas hədəfini təyin etsən, dərhal həyatına bunu qarşılayacaq bir ehtiras və enerji dolar. Həyatda fövqəladə səviyyələrdə ehtiras yaratmanın sirri, daha böyük bir məqsədi kəşf etməkdir.