İlin futbolçusuna verilən Qızıl Top Mükafatını (Ballon d’Or), bu il Real Madridin Portuqaliyalı futbolçusu Cristiano Ronaldo qazandı.
France Football jurnalı tərəfindən təşkil edilən mərasimdə, Portuqaliyalı Cristiano Ronaldo ilin ən yaxşı kişi futbolçusuna verilən Qızıl Top mükafatının sahibi oldu. 2008, 2013 və 2014’ün ardından 4-cü dəfə mükafata layiq görülən 31 yaşlı Ronaldo, daha əvvəl 5 dəfə bu mükafatı qazanan Barcelonanın Argentinalı futbolçusu Lionel Messiyə də yaxınlaşmış oldu. Messi bu il 2-ci olarkən, Antoine Griezmann 3-cü sırada yer aldı.
Mükafatı 4-cü dəfə qazandığı üçün çox xoşbəxt olduğunu dilə gətirən Ronaldo, “Real Madrid və millidəki bütün yoldaşlarıma çox təşəkkür edirəm” dedi.
Ronaldo “Bu il həm fərdi həm də kollektiv olaraq karyeramın ən yaxşı ili idi. Unudulmazdı.” ifadələrini dilə gətirib. Bu il içində Real Madrid ilə UEFA Çempionlar Liqası kubokunun sahibi olan Ronaldo, Portuqaliya Milli Komandası ilə də 2016 Avropa Futbol Çempionatı (EURO 2016) kubokunu qazanmışdı. France Football Jurnalının 1956-2009-ci illərdə verdiyi ‘Qızıl Top’ mükafatı ilə FİFA-nın 1991-2009 arasında seçdiyi ‘Dünyada İlin Futbolçusu’ mükafatı, 2010-ci ildə ‘FIFA Qızıl Top’ adı altında bir-birinə qovuşdu. İki təşkilat, ‘FIFA Qızıl Top’ adıyla verilən dünyada ilin futbolçusu mükafatında ortaqlığa 6 il sonra, keçən sentyabrda son vermişdilər.