Dəb & TərzMəşhurlar

Qeyri-adi olmaq gözəldir: Dəb dünyasının ən fərqli 10 modeli

1.07Kviews

Xarici görünüş – ilk nəzərə çarpan amildir. Hər kəs xarici görünüşü göz oxşayan olanların daha çox uğur qazandığını, daha ağıllı və daha bacarıqlı olduğunu düşünür. Məsələn, dünyanın ən gözəl qadın və kişiləri modellik edir, aktyor və aktrisa kimi fəaliyyət göstərirlər.

Lakin,  bir çox tanınmış sima var ki, onlara “gözəl” yox, “qeyri-adi” demək olar. Yəni, əsas gözəllik yox, individuallıq və fərqlilikdir.

“Gözəllik” stereotipini qıran, dəb və moda aləminin ən çox danışılan 10 “qeyri-adi” üzü ilə tanış olun:

 

Daphne Groeneveld

mo1

Daphne Dior Addict ətrinin üzüdür. O, həmçinin Calvin Klein, Dior, Miu Miu, Gucci, və Prada ilə işləyir. 2011-ci ildə Daphne Marie Claire Fashion Awards-da “Best Dutch Model” adlandırılmışdır.

 

Julia Zimmer

mo2

Alman mənşəli modelin incə və, eyni zamanda, bir qədər kobud üz cizgiləri ona xüsusi cazibədarlıq verir. Julia Vivienne Westwood və Prada ilə işləyir. Bir neçə il, o, mütləq ən uğurlu modellərindən biri olacağı gözlənilir.

 

Liza Ostanina

mo3

Liza əslən Izhevsk-lidir. O, ilk dəfə məşhur model agentliyindən təklif alanda, gözlərinə inanmamışdı. Çünki, Liza özünü gözəl hesab etmirdi. Hal hazırda bu xanım dünyanın dəb və moda paytaxtlarını fəth edir.

 

Issa Lish

mo4

İssa yarı meksikalı, yarı yapon bir modeldir. O, “androgin” üzünə görə dəb dünyasının tanınan simalarından birinə çevrilib. İssa “incəsənət tarixi” fakültəsində oxuyur, heykəltəraş olmaq istəyirdi. Lakin, həyatı gözlədiyindən fərqli yolla gedir.

 

Laura O’Grady

mo5

Uşaqlıqda Laura ilə qulaqlarının formasına görə çox “zarafat” edirdilər. Lakin, buna baxmayaraq, o, qulaqlarının formasını dəyişmək haqda düşünmədiyini söyləyir. Qeyri-adi üz quruluşuna malik qız, parlaq modellik karyerası qura bilib.

 

Cierra Skye

mo6

Modelin uzun dalğalı saçları, incə qaşları, oval üzü, nazik burnu onu İntibah dövrünün incəsənət simvoluna bənzədir. Cierra ədəbiyyatla maraqlanır, şer və nəsr yazır.

 

Lindsey Wixson

mo7

Lindsey dünyanın ən uğurlu və perspektivli top modellərindən biridir. Onun kiçik ağız, dolu dodaqları, incə çənəsi və dişləri arasındakı boşluq ona uşaq siması bəxş edir. Şübhəsiz ki, bu yadda qalan üzü, kimləsə səhv salmaq mümkün deyil.

 

Kelly Mittendorf

mo8

Ekstravaqant görünüşü ilə dəb dünyasını fəth edən Kelly, cəsarətli fotoları sevir. Çünki “çirkin” görünməkdən çəkinmir. Fotoqraflar məhs bu xüsusiyyətinə görə, Kelly ilə işləməyi sevirlər.

 

Lekeliene Stange

mo9

İlk müsahibəyə qeyr-adi və yöndəmsiz görünüşdə gələn qızı, agentlər model kimi fəaliyyətinə başlamasına imkan yaratmışdılar. Çünki bol sviter, yaşıl corab və uzun “dread”lər Lekeliene-n kübar üz cizgilərini gizlədə bilməmişdi.

 

Esmeralda Seay-Reynolds

mo10

Bu supərisi görünüşlü qız hələ məktəbdə oxuyarkən, uzun boyu ilə hər kəsi təəccübləndirirdi. Bir gün o, moda dünyasında özünü sınamağa cəhd etdi. Bu cəhdi uğurlu alındı. İndi Esmeralda Vogue, Dolce & Gabbana, və Yves Saint Laurent ilə çalışır.