Futbol

“Qarabağ”la oyun öncəsində “Slovan”da ciddi itki

658views

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun öncəsində Çexiyanın “Slovan” klubu ciddi itki ilə üzləşib. Çexiya mətbuatının yaydığı xəbərə görə, komandanın kapitanı Lukaş Pakorni dizindən zədələnib.

“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, oktyabrın ortalarına kimi komandasına kömək edə bilməyəcək.

Bu isə o deməkdir ki, Çexiya millisinin üzvü sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda  komandasına kömək edə bilməyəcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı